ANDREY ABBASOV:İLHAM ƏLİYEV DÜNYADA YAŞAYAN HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ OLDUĞUNU HƏR ADDIMINDA SÜBUT EDİR.
İKİ İLLİK VƏTƏN HƏSRƏTİMƏ SON QOYMAQDA MƏNƏ DƏSTƏK OLAN “DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN” SƏDRİ, PREZİDENT İLHAM ƏLİYEVİN ƏN SƏDAQƏTLİ KADRLARINDAN BİRİ OLAN FUAD MURADOVA MİNNƏTDARAM.
ANDREY KAMRAN OĞLU ABBASOV.
UKRAYNALI FERMER.
Diaspor.info saytının Ukrayna bürosuna telefon zəngi ilə müraciət edən Andrey Abbasov, pandemiya ilə əlaqədər Azərbaycana necə gəlmək üçün məsləhət istəyib. Ona izah edilib ki, hal-hazırda bu məsələyə nazirlər kabineti yanında “Operativ Qərargah” baxır və onlar kömək edə bilərlər. Andrey Kamranoğlu Abbasov telefon danışığı zamanı Azərbaycan Respublikası “Diasporla İş Üzrə Dövlət Komitəsinə” müraciət etmək istədiyini də, bildirib:-Baxmayaraq ki, mən Nikolayev vilayətində yaşayan sadə fermerəm, ancaq Ata yurdum Azərbaycanı hər yerdə təbliğ edirəm. “Diasporla İş Üzrə Dövlət Komitəsinin” sədri Fuad Muradovun fəaliyyətini yaxından izləyirəm. Mən onun Ukraynaya ilk səfərini də, çox yaxşı xatırlayıram. Mənə elə gəlir ki, Fuad Muradov dünya şöhrətli siyasətçi, qalib xalqın Ali baş komandanı, bütün dünya Azərbaycanlılarının Prezidenti olan İlham Əliyevin ən sədaqətli kadrlarından biridir və bəlkə də, birincisidir. Baxın mən sadə bir Azərbaycanlı balasıyam, atam uzun illər Nikolayev vilayətində kolxoz sədri olub. Tanınmış bir dövlət qulluqçusu idi, iki ildir ki, atam Kamran Abbasov bizim aramızda yoxdur, yəni haqq dünyasındadır. Və mən Fuad Muradova Ata yurduma gəlmək istədiyimi rəsmi müraciət etməklə bildirdim. Açıq desəm iki fikirli idim, bu gün çox yerdə belə müraciətlərə ümumiyyətlə baxılmır, odur ki, tərəddüd içərisindəydim. Nəticə çox sevindirici oldu və mənim Ata yurduma gəlməyimə icazə alındı. Naxçıvan MR-sı Babək rayonu Cəhri kəndinə yola düşürəm. Fuad Muradov və onun komandası çox məsuliyyətli və Prezidentimizə sədaqətlidirlər. Aparat rəhbəri Daşqın Rəcəbli isə Fuad Muradovun ən sədaqətli kadrlarındandır desək, yanılmarıq. Mənim müraciətimə ilk reaksiya verən də, məhz Daşqın Rəcəbli oldu. Bilirsinizmi, bu hadisə mənim üçün çox qiymətlidir və mən ömrümün sonuna kimi bu yaxşılığı unutmayacağam. Xaricdə yaşayan və doğma Azərbaycanımızı bəyənməyən bəzi insanların cavabını həmişə tutarlı faktlarla verəcəyəm. Bizim doğma Azərbaycanımız, Bakı şəhərimiz dünyanın mirvarisidir, mədəniyyət mərkəzidir, bunu görməyənlər kordurlar.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Diaspor təşkilatlarının da, rolu böyükdür. Odur ki, Fuad Muradov və onun komandası bu işdə çox məsuliyyətlidirlər. Və nəticəsi də, göz qabağındadır. Artıq diaspor təşkilatları “Lobbiçiliyə” doğru inkişafdadır. Əvvəlki illərdə təşkilatlar əsasən öz aralarında didişməklə məşğul idilər. Bundan ötəri Fuad Muradov öz komandasıyla birgə çox əziyyət çəkdi.
Onun müavini Elşad Əliyev, Ruslan Quliyev, Tural Səfərovun xidmətlərindən xəbərim vardır. Mən Ukrayna dilini yaxşı bildiyimə görə təbliğatla daha effektli məşğul ola bilərəm. Odur ki, DİDK-nin mənə verdiyi dəstək, onun öz soydaşlarının qayğısına necə qalmasından xəbər verir və mənə bu sahədə, təbliğatla məşğul olmaqda daha aktiv olmağa stimul verir.
Çox istərdim ki, Qarabağ torpaqlarına səfər edim və qalib xalqın oğlu kimi öz qürur hissimi orada da, yaşayım. İstəyirəm sizin vasitənizlə bir daha Ali baş komandan İlham Əliyev cənablarına, “Zəfərlə” başa çatan “İkinci Qarabağ “ müharibəsindəki qələbəyə görə və mənim doğma Ata yurduma gəlişimə görə, öz minnətdarlığımı bildirim.”
Andrey Abbasov Diaspor.info saytının Bakı bürosuna, Heydər Əliyev adına Beynəlxalq aeroportda video-müsahibə də, verib. O, kamera qarşısında deyə bilmədiklərini, həyəcandan unutduqlarını sonradan çay süfrəsi arxasında müxbirimizlə söhbətində əlavə olaraq, deyib.
Onunla edilən söhbəti və video-müsahibəni də, olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.
Diaspor.info
Bakı.
1 332