İsmayıllı rayonunda “8 noyabr Zəfər Günü və Türkiyə Azərbaycan qardaşlığı” mövzusunda tədbir keçirilib.
05.11.2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı,Qəbələ və Qobustan Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Böyük qələbəmizə həsr olunmuş “8 noyabr Zəfər Günü və Türkiyə Azərbaycan qardaşlığı” mövzusunda videokonfrans təşkil olunmuşdur. Konfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov,qonaq qismində Türkiyənin Hacıtəpə Univerisitetinin “İktisadi ve İdari Bilimler Fakultəsi, Siyasi bilimi ve Kamu Yönetimi” bölməsinin akademiki, Proffessor. Dr. Ali Çağlar, Araşdırmacı türkoloq Cəlal İbrahimov, Azərbaycan Elmlər Akademiyasının Tarix inistutunun proffessoru İlham Həsənov və digər tarixçi və mədəniyyət müəssislərinin rəhbərləri və əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin baş fond muhafizi Gülnar Yusibova tədbir haqqında qısa məlumat verdikdən sonra bu qələbəmizdə öz qanlarını,canlarını vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir və ilk olaraq sözü İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfova vermişdir. O, çıxışında 8 noyabr qələbəmizin təmin olunmasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rolu və Türkiyə Azərbaycan qardaşlığı haqqında geniş məlumat vermişdir. Daha sonra çıxış edən Türkiyədən olan qonaq Proffessor. Dr. Ali Çağlar Türkiyyə - Azərbaycan əlaqələri və bölgənin siyasi və coğrafi mövqeyi və Türkiyənin azərbaycana dəstəyi haqqında danışmışdır. Tədbirin aparıcısı Gülnar xanım qonağa təşəkkür etdikdən sonra sözü Araşdırmacı türkoloq Cəlal İbrahimova vermiş və o, çıxışında bölgənin etnik tərkibi və coğrafi mövqeyi haqqında geniş məlumat vermişdir. Növbəti söz Elmlər akademiyasının tarix inistutunun proffessoru İlham Həsənova verilmiş və çıxışında 8 noyabr qələbənin tarixi əhəmiyyəti və bu qələbəyə gedən yolun hansı proseslərdən keçdiyini və bölgənin tarixi barədə öz araşdırmaları mövzusunda məlumat vermişdir.
Daha sonra İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Fuad Qasımzadə, Qobustan rayon Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov çıxış etmişdir.
Çıxışladan sonra tədbir bağlı elan olunmuşdur.