"Fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev həmişə öz enerji siyasəti ilə Qərbi Balkanlara öz yardımını əsirgəməyib". Diaspor info-nun məlumatına görə, bunu Serbiyanın keçmiş prezidenti Boris Tadiç Qlobal Bakı Forumu çərçivəsində “Qərbi balkanların qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda panel müzakirələri zaman deyib".
B.Tadiç forumun əhəmiyyətini qeyd edərək bildirib ki, bu forumda dünya qarşısında duran vacib məsələlərin həlli müzakirə olunur.
Keçmiş prezident Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildirib: "Azərbaycan Qarabağ kimi mürəkkəb bir məsələni hərbi yolla çox səmərəli şəkildə həll etdi. Bu, Azərbaycan üçün yeganə çıxış yolu idi. Biz bunun digər regionlarda mövcud olan münaqişələrə təsirini görəcəyik. Biz bunu müqayisə etməliyik və mövcud problemlərdən çıxış yollarını tapmalıyıq”.
Müəllif: Aysel Məmmədova