“Probasiya xidməti orqanlarında 8800 nəfərə yaxın məhkum azadlığa çıxacaq”. Diaspor info-nun verdiyi məlumata görə, bu sözləri Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, pentensiar xidməti orqanlarında isə 5800 nəfərə yaxın məhkum, ümumilikdə 15800 nəfərin təxminən 3000 nəfəri birbaşa həbsdən çıxacaq. Digər məhkumlar isə məhkəmə prosesi ilə azad olunacaqlar.
Müəllif: Arzu Qurbanzadə
224