“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü mühüm hadisələrlə əlamətdar oldu: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi keçirildi, şuranın adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı və digər əhəmiyyətli qərarlar qəbul olundu. VIII Zirvə Görüşünün ən mühüm hadisəsi isə Qalib Liderimiz Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.
Məşhur Məmmədov Prezident İlham Əliyev cənablarının mükafatlanmasını Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olunduğunu söyləyib: «Dövlətimizin başqçısı noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşündə çıxışı zamanı da bildirib ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır: «Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".
Millət vəkili onda bildirib ki, VIII Zirvə Görüşünün ən mühüm hadisəsi Qalib Azərbaycan Prezidentimizə Türk Dünyasının Ali Ordenini təqdim edərkən “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edərək “qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub.
Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”,-deməsi dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın nümunəsidir: "Türkiyə Prezidenti xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmiş, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Bu mükafat həm də Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür. Həmçinin, bu mükafat Azərbaycanın iki illik sədrliyi dövründə Türk Şurasının uğurlu fəaliyyətinə, türk birliyinin daha da gücləndirilməsindəki xidmətlərinə, bir sözlə, türk dövlətlərinin Azərbaycan xalqına tarixi Qarabağ Zəfərinə, olan təbrikidir. Çünki Qarabağ Zəfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, regionda yeni münasibətlər sferasının, sülh və inkişaf platformasının qurulması və təminatı deməkdir».
Məşhur Məmmədov bildirib ki, Qalib Azərbaycan Prezidentimizə Türk Dünyasının Ali Ordenini təqdim edilməsi həm də Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkləşdirilməsinin sübutudur: "VIII Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı da bildirib ki, artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir: "Hər zaman da bu belə olacaq. Qələbə Zəfəri ilə- Qarabac Azərbaycandır! Azərbaycan-Türkiyə "Bir millət, iki dövlətdir!". Göründüyü kimi, güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır və dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır. Çünki hər zaman sevincli, kədərli günlərində bir yerdə olması, məhz Azərbaycanın Zəfəri də Türk dünyasında birliyin və həmrəyliyinin olmasından əldə olunub. Azərbaycan Prezidenti Zirvə Görüşündə çıxışı zamanı onu da bildirdi ki, Türkiyənin dəstəyi şərəfli missiyamızı yerinə yetirməkdə bizə əlavə güc verdi və Ali Ordenə layiq görüldüyünə görə təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: «Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir".
"Ümumiyyətlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə toplantısında Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidir",-deyə millət vəkili Məşhur Məmmədov bildirib.
RƏFİQƏ HÜSEYNOVA