Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Diaspor info xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunur.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
142