“Antibiotiklərin reseptsiz satışı qanunla qadağandır, lakin təəssüf ki qanuna nəzarət sistemlərində boşluqlar var”.
Diaspor info-xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova “Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi”nə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, həkim təyinatı olmadan antibiotik satışı həyata keçirilməməlidir:
“Bu gün antibiotiklər kifayət qədər əlçatandır. Düşünürəm ki, buna səbəb qanuna nəzarətdə boşluqlar olduğu üçün antibiotiklərin pərakəndə satışına rast gəlinir. Rəsmi olaraq qanunvericiliklə antibiotiklərin reseptsiz, həkim təyinatı olmadan satışı qadağandır.
Məncə electron reseptlərin tətbiqi bu problemlə mübarizəyə ciddi təkan verə bilər. Çünki, bu yalnız səhiyyənin problemi deyil. Bununla mübarizədə səhiyyə nazirliyi ilə bərabər digər aidiyyəti qurumların da fəaliyyəti önəmlidir”