Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” imzaladığı Sərəncam reallığın təsdiqidir
Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin, qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. Bu, real faktordur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq dialomatik siyasət aparıb və 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində «Qarabağ Azərbaycandır» nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. Başqa yol da ola bilməzdi. Və bu gün Azərbaycan qətiyyətli nizamlı siyasəti ilə minalanmış ərazilərin xəritələrini Ermənistandan bir–bir alaraq öz hədəflərimizə çatmalıyıq və bu hədəflərə ardıcıl olaraq çatırıq da! Çünki bütün şərtləri qaliblər diktə edir və Azərbaycan Prezidenti İlham Əliyev də bütün şərtləri diktə edən tərəfdir. Prezident İlham Əliyevin dediyi kimi: «Azərbaycanın diqtəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik».
Ən əsası isə, İkinci Vətən Müharibəsinin 44 günlük müharibə dostun düşmənin kim olduğunu da sübut etdi, onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, həmçinin qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur.
Azərbacanın uğurlu diplomatik siyasəti
Bu gün Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb. Xüsusilə də qeyd edək ki, 2010-2020-ci illər ərzində Azərbaycanın xarici siyasət sahəsində mühüm uğurlar əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə mötəbər əhəmiyyətli regional və qlobal müstəsnalıq kəsb eləyən tədbirlər həyata keçirilib. Bu tədbirlər daha çox ölkəmizin diplomatik siyasi müstəvidə mövqelərinin möhkəmlənməsinə xidmət edib. Həmçinin, Azərbaycanda multikulturalizmin ənənələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sivilizasiyalararası forumlar, humanitar forumlar və digər bu səpkidə olan tədbirlər keçirilib. Bu tədbirlər ölkəmizdə olan tolerantlıq mühitinin birgə yaşayış qaydalarının tarixə söykəndiyini və heç bir etnik, dini zəmində münaqişənin olmadığı haqqında məlumatlar siyasi ekspertlərə, bu sahədə tədqiqat aparan şəxslərə, dövlət və hökumət başçılarına çatdırılıb. Bu illər ərzində Azərbaycanın xaricdə çoxsaylı səfirlikləri, fəxri konsulluqları açılıb. Təbii ki, bu, ölkəmizin xaricdə təbliğat işinin möhkəmləndirilməsinə xidmət edən addımlardan biridir. Bununla yanaşı, həm də xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının qorunması baxımından mühüm aktuallıq kəsb edir. Digər tərəfdən, bir ölkənin səfirliklərinin sayının çox olması həmin dövlətin iqtisadi qüdrətinin göstəricisidir. Eyni zamanda, səfirliklərin olması həmin ölkə ilə siyasi münasibətlərin ən yüksək səviyyədə olmasından asılıdır. Həmçinin, ölkəmizin artan regional və qlobal əhəmiyyətini nəzərə alan digər geosiyasi aktorlar da ölkəmizdə çoxsaylı səfirliklərin açılmasına təşəbbüs göstəriblər. Bu da təbii ki, Azərbaycanın geosiyasi baxımdan regionda əhəmiyyətinin göstəricisidir.
Bu günlərdə, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya, Nigeriya, Uqanda, Portuqaliya Respublikalarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərini qəbul etməsi, yeni səfirliyin açılması ilə bağlı Sərəncam imzalaması Azərbaycan beynəlxalq aləmdə sözünə etibar olunan ölkə olması ilə yanaşı, dünyanın bir çox dövlətlərinin hesablaşacağı nüfuzlu ölkəyə çevrildiyinin göstəricisidir.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.
Bir sözlə, müasir beynəlxalq münasibətlər sistemində diplomatik korpusların sayının artması Azərbaycanın gələcəkdə ölkəmizin təbliğatının daha da genişlənməsinə imkan yaradacaq,
RƏFİQƏ KAMALQIZI