MÜƏLLİM HƏM DƏ VALİDEYNDİR.
Emal Sənayesi Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynovdan
tələbələri qarşısında atılmış örnək addım, tədbir iştirakşılarının diqqətindən yayınmayıb.
İnformasiya Texnologiyaları dövründə yaşamağın öz müsbət cəhətləri də, vardır və mən deyərdim ki, bu daha çoxdur. Sosial şəbəkələrdə çox aktiv olan bir tələbənin bu günlərdə paylaşımı mənim də, diqqətimi çəkdi. Aysel Onur adıyla Facebook sosial şəbəkəsində həmişə Vətən, Dövlət, kimsəsizlərə diqqət vəs.-dən paylaşımlar edən bu yaxınlarda maraqlı bir hadisəylə bağlı öz fikirlərini bölüşüb.
Emal Sənayesi Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər” günüylə bağlı keçirilən tədbir haqqında öz fikirlərini bölüşən Aysel xanım izləyicilərin diqqətini hələ insanlığın ölmədiyinə yönəldib.
Bu xanımı təsirləndirən səhnə isə belə olub:-Tədbir öz axarıyla gedirdi, bir Şəhid qızının isti geyiminin baş örtüyü aşağı enir, anası isə onu qaldırırdı. Ancaq uşaq bilərəkdən vəyaxudda bilməyərəkdən baş örtüyünü yenə aşağı salırdı. Tədbirdə hamının gözü bu gözəl Şəhid qızına dikilmişdir. Bizim direktorumuz bu hadisəyə biganə qala bilmədi və qızcığaza yaxınlaşaraq, onun baş örtüyünü qaldırdı. Və uşağın üzünə əli ilə toxunaraq, onu oxşamağa başladı.
Tədbir boyu üzündən kədər əskik olmayan bu gözəl balamız, sanki bir arxa, dayaq hiss edərək, üz cizgilərində əminliyini göstərdi. Bu da, bir tələbə kimi Ayselin diqqətindən yayınmayıb. O, Emal Sənayesi Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynovun bu hərəkətini atalıq qayğısı, alicənablıq kimi qəbul etdiyini yazır. Kommentlərdə direktorun bu hərəkətini tərifləyənlər də, az deyil, bu bir ayrı məsələdir. Ancaq bizim də, diqqətimizi çəkən məqamlardan biri odur ki, axı müəllim də, valideyndir. O, dərs dediyi vəyaxudda vəzifədə olduğu müddətdə də, bunu unutmamalı və tələbələrinə örnək olmalıdır.
Necə ki, bunu Mətləb Hüseynov edib. Onun bu hərəkəti, bütün Azərbaycan xalqına əmanət olan Şəhid qızına diqqəti, tələbələrdə vətənpərvərlik hissini daha da, artırır. Aysel Onur adıyla sosial şəbəkələrdə paylaşım edən bu xanıma da, bir ziyalı kimi təşəkkür edirəm.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü