AZƏRBAYCANDA ƏN İŞLƏK QURUM DAXİLİ İŞLƏR NAZİRLİYİDİR.
Diaspor.info saytına Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 11-A ünvanında yaşayan bir qrup vətəndaşdan şikayət məktubu daxil olmuşdur. Vətəndaşlar sözügedən ünvanda hansısa aliqarxın çoxmənzilli yaşayış binasının altında “Gecə Barı” işlətdiyini və saat 24-00 –a kimi səsgücləndirici ilə mahnı oxudaraq yuxarıda yaşayan sakinləri narahat etdiyini bildirmişdilər. Sakinlər, yazdıqları məktubda bütün qurumlara müraciət ünvanladıqlarını da, bildirmişdilər. Ancaq heç bir nəticə olmadığı üçün bizə, mətbuata müraciət etdiklərini yazmışdılar. Biz də, öz növbəmizdə bütün müraciətləri Bakı şəhəri icra hakimiyyətinin başçısı və Nəsimi RİH-nin başçısına ünvanladıq. Artırılmış Canbalkonların hansı qaydalara uyğun olduğunu da, soruşduq. Cavab yalnız Bakı şəhər icra hakimiyyətindən gəldi, mətbuatın dostu İsrafil Kərimov dedi ki, məktubunuzu Nəsimi polisinə ünvanladıq.
İcra strukturlarının artırılan canbalkonlara münasibət göstərmək istəməməsi aydındır.
Daxili İşlər Naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bu qurumdan müraciətə çox ciddi münasibət göstərdilər. Belə çıxır ki, bu gün “AZƏRBAYCANDA ƏN İŞLƏK QURUM DAXİLİ İŞLƏR NAZİRLİYİDİR.”
Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məsələni diqqətində saxladığını və bu işin Nəsimi Rayon Polis İdarəsinin müavini Anar Məmmədova tapşırıldığını bildirdi. Onunla necə əlaqə saxlayacağımızda da, bizə dəstək oldu. Beləliklə də, biz Anar Məmmədovla telefon əlaqəsi yaratdıq. Ona telefonda dedik ki, Seyid adlı bir şəxs (Maştağa kənd sakini) deyir ki, mən polis falan tanımıram və mənim arxamda böyük bir məmur dayanıb. Odur ki, kimin xoşu gəlmirsə köçsün buradan, mən keyfim necə çəkir, elə də, işləyəcəyəm. Anar müəllimin cavabı çox qısa oldu. Azərbaycanda bir böyük məmur var, o da, Cənab Prezidentdir. Və mən dövlətimizin, Prezidentimizin və ən nəhayət Cənab nazirimizin xidmətçisiyəm. Cənab nazir belə qanunsuzluqlarla qəti barışmaz.
Anar müəllimin dediyi kəlmələrdən sonra telefon dəstəyinin bu tərəfində çox qürur hissi keçirdim. Bəli, demək ki, sədaqətli Dövlət məmurlarımız yetərincədir. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətə sədaqətlə xidmət edən Daxili İşlər Nazirliyi varmış, çox sevinərək, nəticəni gözlədik. Birinci günü sözügedən ünvanda küçə alveri və gecə barındakı səs-küy yığışdırıldı. Ertəsi gün havadarlarından dəstək alan Seyid musiqinin səsini daha da, yüksəldərək, heç kimdən qorxmadığını və qanunlara tabe olmadığını söylədi. Biz olanları yenidən Anar müəllimə təfsilatı ilə danışdıq.
Nəticə göz qabağındadır. Gecə barı və küçə alveri tamamilə yığışdırıldı. Anar Məmmədov sübut etdi ki, Azərbaycanda qanunlar Şahdır, pullu kişilər deyil, bu məsələ öz həllini müsbət olaraq tapdı.
Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 11-A ünvanında yaşayan sakinlər bizim vasitəmizlə Cənab Prezidentə və Daxili İşlər Naziri Vilayət Eyvazova öz xüsusi təşəkkürlərini çatdırırlar.
Biz də, mətbu orqan kimi Cənab Daxili İşlər Naziri Vilayət Eyvazova Elşad Hacıyev və Anar Məmmədov kimi dövlətinə, nazirinə sədaqətli zabitləri olduğuna görə ayrıca minnətdarlığımızı bildiririk.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
Diaspor.info saytının baş redaktoru.
Azərbaycan Jurnalistlər Və Yazıçılar
Birliyinin Üzvü.