• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın kitab stendi maraq doğurub

28-11-2021, 15:00 | Baxılıb: 53
“Azərbaycanın kitab stendi maraq doğurub

Yunanıstanın Mədəniyyət Fondunun təşkilatçılığı ilə Saloniki şəhərinin Beynəlxalq Sərgi və Konfrans Mərkəzində (TIF-HELEXPO) 18-ci beynəlxalq kitab yarmarkası keçirilir.

Diaspor info xəbər verir ki, keçirilən yarmarkada Yunanıstanda akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqlar, eləcə də burada fəaliyyət göstərən yerli və xarici universitetlərin filialları tərəfindən stendlər qurulub, iştirakçı ölkələr tərəfindən nəşr olunmuş kitablar, jurnallar və digər nəşriyyat materialları ziyarətçilərə təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ildə elan olunmuş “Nizami Gəncəvi ili” çərçivəsində, Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən yarmarkada dahi şairin guşəsi yaradılıb. Səfirliyin təşkilatçılığı ilə yaradılan Azərbaycan stendində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin şəkili “Xəmsə”sində yer alan minatürlər əsasında xüsusi olaraq dizayn edilib. Guşədə dahi şairin ingilis dilində nəşr olunmuş əsərlərinə, eləcə də “Xəmsə”sindəki miniatürlərindən ibarət kitablara xüsusi yer ayrılıb.

Tədbir iştirakçıları tərəfindən Nizaminin müxtəlif əsərlərində yer almış miniatürlərə böyük maraq göstərilib. Qeyd edək ki, Saloniki Beynəlxalq Kitab Sərgisi sonucu dəfə 2019-cu ildə keçirilmiş, 102-si beynəlxalq olmaqla 690 iştirakçı və 85.000 iştirakçı sərgini ziyarət etmişdi. Lakin keçən il COVID-19 pandemiyası ilə əlaqədar sərgi onlayn formatda baş tutub. Sərginin əsas məqsədi kitab və mütaliəni təbliğ edərək populyarlaşdırmaq, ziyarətçiləri həm Yunanıstanın, həm də dünyanın müxtəlif ölkələrin xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdan ibarət olub.

Bu il təşkil olunan növbəti yarmarkanın fəxri qonağı almandilli ədəbiyyatdır. Almandilli ölkələrdən dəvət olunmuş müəlliflərin, eləcə də kitab mütəxəssisləri iştirak etdiyi yarmarkanın əsas məqsədi dialoq, şəbəkələşmə və fikir mübadiləsi olan “Gəlin danışaq!” proqramıdır. Yunanıstan tarixinin mühüm aspektlərini yenidən araşdırmaq, daha çox qəhrəmanların, hadisələrin, beynəlxalq əlaqələrin və daha geniş perspektivlərin işıqlandırılmasına diqqət yetirilən sərgidə audiokitablar, podkastlar və digər nəşriyyat materialları ziyarətçilərə təqdim olunur. Keçirilən sərgiyə Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi və təşkilatçılığı ilə yanaşı Yunanıstanın Goethe İnstitutu, Litrix.de və Frankfurt Kitab Sərgisi tərəfindən də dəstək göstərilib. Sərgidə, həmçinin Yeni Yazıçılar Festivalı, Tərcümə Festivalı, Kitabxanaçıların görüşü, o cümlədən yeni nəşrlərin təqdimatları, müəlliflərlə müzakirələr, tematik sərgilər və nümayişləri əhatə edən ənənəvi tədbirlər proqramı ilə yanaşı Saloniki şəhərindən olan yazıçıları Matsi Chatzilazarou (1914-1987) və Anestis Evangelou (1937-1994 yaradıcılıqlarını əhatə edən müzakirələr təşkil olunacaq.скачать dle 10.6фильмы бесплатно


53

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb
Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

I və IV qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.