“44 günlük Vətən müharibəsindən sonra cənab Prezidentin "Dəmir yumruğu" ATƏT-in Minsk qrupunun mandatı altında olan Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində status-kvonunu ortadan götürərək yeni status müəyyənləşdirdi". Bunu Diaspor info-ya millət vəkili İlham Məmmədov deyib.
Onun sözlərinə görə, biz 30 il ərzində işğal altında qalan torpaqlarımızı azad etməklə eyni zamanda dünyanın özünə yeni bir reallıq bəxş etdik: “Dünyanın özünün bu mücərrəd problemlərin həllində regionun töhfəsini məhz möhtərəm cənab Prezidentin dəmir yumruğu ilə başı əzilmiş Ermənistan məğlubiyyətə uğrayandan sonra yarandı. Məhz bu gün İqtisadi Əməkdaşlıq Təşkilatında regionun bir çox iqtisadi inkişafını və təhlükəsizliyini təmin edən məsələlər barəsində çıxışı ilə yanaşı, eyni zamanda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə cənab Prezident bir daha bəyan etdi və göstərdi ki, şimal, cənub, şərq və qərb infrastruktur qovşağının əsas hissəsi məhz Zəngəzur dəhlizidir".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşündə cənab Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafının göstəriciləri haqqında məlumat verərək bunun əslində iqtisadi forumunda da qeyd olunduğunu yəni dünyanın mötəbər reytinqlərini müəyyən edən qurumlarının təhlilləri əsasında Azərbaycanın bir çox sahələr üzrə xüsusən də islahatlar və digər parametrlər üzrə öndə olan dövlət olduğunu nəzərə çatdıraraq bunların əsaslı siyasətlə həyata keçirildiyini bir daha vurğuladı: "Təbii ki, İƏT ilə Azərbaycan dövlətinin çox mütərəqqi bir əlaqələri var. Bu həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Qoşulmama Hərəkatının vasitəsilə uğurla həyata keçirilir. Azərbaycan bu gün dünyada qlobal səviyyədə həll oluna bilən məsələlərin əsas iştirakçılarındandır. Hesab edirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın region dövlətləri ilə bir daha konstruktiv dialoqların keçirilməsi, qardaşlıq, dostluq münasibətlərinin həm də dünyaya bir mesajı idi. Əslində bu formatın özü yeni inkişaf modelinin və yeni təhlükəsizlik modelinin bir nümunəsi kimi qiymətləndirilməlidir".
Arzu Qurbanzadə