VƏTƏN MÜHARİBƏSİ BAŞLANAN GÜNÜ ZAQATALA SAKİNLƏRİ NECƏ SƏFƏRBƏR OLDU?!
VƏTƏN MÜHARİBƏSİ BAŞLANAN GÜNÜ ZAQATALA RİH BAŞÇISI MÜBARİZ ƏHMƏDZADƏ GÜCƏDƏN SƏHƏRƏ KİMİ SƏFƏRBƏR OLAN ZAQATALA CAMAATININ YANINDA OLDU.
Sentyabrın 27-də Azərbaycanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da, xüsusi bir canlanma var idi. Mən də, bu bölgədə yazıb-yaradan bir jurnalist kimi, Zaqatala rayon Səfərbərlik idarəsinə tərəf getdim. Əvvəlcə cavanların toplum şəkildə axışının şahidi oldum. Bir çox dəliqanlını əsəbləşərək geri qayıtdığını görüb, onlara tərəf yaxınlaşdım və onlarla xeyli söhbət etdim. Məlum oldu ki, bəzilərinin müəyyən xəstəlikləri olduğu üçün, onları geri qaytarıblar, bu da, onların, yəni cavanların xoşuna gəlməyib. Mən onları yaxşı başa düşürəm, “Vətən” müharibəsi, “İkinci Qarabağ” savaşından heç kim kənarda qalmaq istəmirdi. Daha sonra inzibati binaya yaxınlaşdım və gördüm ki, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə başda olmaqla, DTX, Polis və s. hüquq-mühafizə orqanlarının rəhbərləri də, orada dayanıblar.
Prosesi izləməklə yanaşı gənclərə vətənpərvərlik yolunda stimul vermək üçün bir neçə gəncdən müsahibə də, aldım. Sonra öz işimin arxasınca getdim, günortadan sonra bir də, geri gəlib gördüm ki, Mübariz müəllim yenə də, orada dayanıb. Axşam saatlarında səfərbərlik idarəsinin qarşısında səs-küyün daha çox olmasını görüb, bir də, oraya yaxınlaşdım və yenə də, Mübariz müəllimi orada gördüm. Gecə saatlarında artıq insan axını bir o qədər də, çox deyildi və mən sakitcə öz maşınımla səfərbərlik idarəsinə yaxınlaşdım. Zaqatala rayon icra hakimiyyətinin başçısı yenə də, orada idi və həmin günü səhərə kimi gözünü qırpmadan orduya gedən əsgərlərimizin yanında oldu. Vətən naminə, Dövlət və dövlətçiliyimiz naminə o, da, gedib evində istirahət etmədi. Bu hal cavanlarda daha çox vətənpərvərlik hissini oyatdı. Belə ki, necə ki, Cənab Prezident bütün günü televiziya ekranlarında erməni vəhşiliyindən danışaraq, bunun cavabsız qalmayacağını deyirdisə, eləcə də, Mübariz Əhmədzadə Prezidentinə, Vətəninə və Dövlətinə sevgi, sədaqət nümayiş etdirirdi. Demək ki, Vətən sevgisi, dövlət və dövlətçiliyə sədaqət yaşa, vəzifəyə baxmır, o ya insanda olur, yada ki, olmur. Onu həyatda qazanmaq olmur, o sevgi qanla, genlə, valideynlərdən ötürülür.
44 günlük Vətən müharibəsində Zaqatala rayonunda daha bir hadisənin şahidi oldum. Elə gün olurdu ki, rayona iki şəhid gəlirdi. Zaqatala RİH-nin başçısı elə edirdi ki, hər iki dəfndə özü başda olmaqla bütün Zaqatala ictimaiyyəti və hərbçilərimiz də, iştirak edə bilsin. Mən də, bütün Zaqatala şəhidlərinin hər birinin dəfnində şəxsən iştirak edirdim. Şəhid valideynləri izdihamı görüb, daha da, ürəklənirdilər, çünki artıq onların Şəhid övladları təkcə valideynlərinə deyil, bütün Azərbaycana məxsus idilər.
Bəli, Zaqatal RİH başçısı əbəs yerə yuxusuz gecələr keçirərək, səfərbərlik idarəsi qarşısında dayanmamışdır. Məhz həmin vətənpərvərlik nümunəsi 44 günlük müharibədə öz nəticəsini müsbət mənada verdi. Zaqatala rayonu, bir neçəsi “Vətən Müharibəsi Qəhrəmanı” olmaqla qırxa yaxın igid oğullarını Vətən yolunda Şəhid verdi. Onların arasında tankçı da, oldu, atıcısıda, xüsusi təyinatlısı da, əsgəri də, oldu, böyük rütbəli zabitləri də, bu camaat qocalı cavanlı səfərbər olmuşdular. Başda Mübariz Əhmədzadə olmaqla hamılıqla Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ordumuza hərtərəfli dəstək göstərirdilər.
Mən zaqatalada yaşlı qadın gördüm ki, isti corab və yun şal əlində mədəniyyət evinin qarşısında dayanıb, cəbhəyə gedəcək maşın karvanını gözləyirdi. Ona yaxınlaşb sual vermək istəyirdim ki, göz yaşlarını saxlaya bilmədi. Oraya yığışan nənələrin aralarında elələri var idi ki, çox imkansız idilər, ancaq sandığında gizlətdiyi və qatı açılmamış yun adyalını əsgərlərimizə pay göndərirdi. Məktəbli qızcığaz gördüm ki, tanımadığı əsgər əmisinə məktub yazıb, o da, cəbhəyə əsgər məktubu göndərirdi.
Bu mənzərə onu deyirdi ki, Azərbaycan əsgərinə qalib gəlmək olmaz və sonunda bu belə də, oldu. Müzəffər Azərbaycan Ordusu Şuşada bayrağımızı qaldıraraq, Ali Baş Komandana məruzə etdi. Qarabağ erməni yağılarından azad oldu və bu Şanlı tariximizdə Zaqatala igidlərinin də, öz yeri var.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.