• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan-İran sərhədində yeni körpünün tikintisinə dair razılıq əldə olunub

8-12-2021, 14:00 | Baxılıb: 53
“Azərbaycan-İran sərhədində yeni körpünün tikintisinə dair razılıq əldə olunub

İran və Azərbaycan Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisinə dair razılıq əldə edib.

Diaspor info xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini, ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişaf etdirilməsi şirkətinin baş direktoru Xeyrullah Xademi deyib.

O bildirib ki, körpünün tikintisi iki ölkə arasında nəqliyyatın gediş-gəlişinin və beynəlxalq tranzitin artırılması məqsədilə həyata keçirilir: “Dekabrın 7-də Astarada İran və Azərbaycan rəsmilərinin müştərək iclası keçirildi. İclasda qərara alındı ki, Astaraçay üzərində dəmir yolu körpüsünün yanında avtomobillərin gediş-gəlişi üçün yeni körpü tikilsin. Körpü 15 ay müddətində tikiləcək”.

Onun sözlərinə görə, 4 zolaqlı körpünün uzunluğu 97 metr və eni 32 metr olacaq: “Körpünün tikintisinə İran və Azərbaycan müştərək sərmayə yatıracaq. Bugünkü iclasda podratçı şirkətin müəyyənləşməsi və layihənin maliyyələşməsi ilə bağlı müzakirə aparıldı. Yaxın günlərdə İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycan rəsmiləri ilə müştərək iclası olacaq və həmin iclasda layihəyə dair saziş imzalanacaq”.

X. Xademi qeyd edib ki, bugünkü iclasda həmçinin Astara dəmir yolu yük terminalının problemləri ilə bağlı müzakirə aparılıb və qərara alınıb ki, yük terminalı daha da təkmilləşdirilsin.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun bildirib ki, İran və Azərbaycan arasında iqtisadi və siyasi münasibətlər həmişə qardaşlıq və yaxşı qonşuluq prinsiplərinə söykənib: “Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tikintisi bu müştərək əlaqələrin aşkar və uğurlu bir nümunəsidir. Azərbaycan Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisində maraqlıdır və bunun üçün hazırdır”.

Azərbaycan və İran rəsmiləri Astara-Astara dəmir yolu körpüsünün yaxınlığında tikiləcək yeni avtomobil körpüsünün yerinə və İranın Astara şəhərində yerləşən dəmir yolu terminalına baxış keçiriblər.скачать dle 10.6фильмы бесплатно


53

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb
Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

I və IV qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.