“Yekun mülahizələrə görə, “Omikron” ştammı da “Delta” ştammı kimi yoluxduruculuğa malikdir”.
Diaspor info-xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzinin infeksionisti Fərrux Sədirov deyib.
“Omikron” ştammı ilə bağlı hələ araşdırmalar gedir. Bu ştamma xəstəliyi keçirənlər də daxil olmaqla vaksinasiya olunmayanlarda da rast gəlinir. Odur ki, müdafiə məqsədilə buster dozanın vurulması vacibdir.
Hazırda istifadə edilən vaksinlərin COVID-19 infeksiyasının bu günə qədər olar bütün mutasiyalarına təsir edir”, - deyə F.Sədirov qeyd edib.
Könül Cəfərli
130