"Omikron" ştamı ABŞ-da dominant ştama çevrilib, ölkədəki infeksiyaların təxminən dörddə üçünü təşkil edir.
Diaspor info-xəbər verir ki, bu barədə ABŞ Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) bazar ertəsi açıqladığı məlumatda deyilir.
Qeyd edilib ki, son bir həftə ərzində yeni halların 73,2%-də "Omikron" ştamı müəyyən edilib. Koronavirusun əvvəllər üstünlük təşkil edən "delta" variantının payı 26,6%-ə düşüb, digər variantlar isə faizin yalnız onda birini təşkil edir. Bir həftə əvvəl ABŞ-da yoluxmuş insanlar arasında "delta" variantının payı 87%, "omikron"un isə 12,6%-i təşkil edib.
Bir sıra regionlarda, o cümlədən ölkənin cənub-şərqində və şimal-qərbində "omikron" ştammı ilə yoluxmuşların nisbəti 90%-i ötür.
Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da yoluxanların sayı artıq 51 milyona çatıb, 807,5 min nəfər ölüb. Son 4 həftə ərzində 3 milyondan çox insan virusa yoluxub, 34,3 mindən çox insan dünyasını dəyişib. Ölkə bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.
Müəllif: Aysel Məmmədova