Rusiyalı politoloq: “Ermənistan faktiki olaraq Qarabağ oyunundan çıxdı”
“Belə bir təəssürat yaranır ki, Ermənistan aralıqda qalma vəziyyətindədir və xarici siyasətində yeni kursa hazırlaşır”. Diaspor info xəbər verir ki, bunu news.am-a Rusiya politoloqu, Yaxın Şərq və Qafqaz ölkələri problemləri institunun eksperti Stanislav Tarasov bildirib. Onun sözlərinə görə, hadisələrin inkişafı göstərdi ki, Ermənistanla Azərbaycan arasında olan çətin problemlərdən sonra yaxınlaşma baş verib. Belə ki, iki ölkənin XİN rəhbərlərinin görüşləri keçirildi, sonra Əliyevlə Paşinyan Rusiyanın vasitəçiliyi ilə görüşdülər, ilin sonuna yaxın isə Avropa İttifaqının və Fransa prezidentinin vasitəçilikləri ilə Brüsseldə daha bir görüş keçirildi.
“Bunun ardınca isə Paşinyanın Qarabağın həmişə Azərbaycan ərazisi olması haqqında sensasiyalı bəyanatı səsləndi. Bu göstərir ki, tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı problemin həlli üçün daha sıx yaxınlaşıblar və sülh sazişinə hazırlıq gedir”, deyən Tarasov onu da bildirib ki, Qarabağın “statusunun” (bunu Tarasov deyir-R.R.) müəyyən edilməsi də daxil olmaqla hər iki ölkə qarşılıqlı olaraq bir-birlərinin ərazilərini tanıyacaqlar: “Ermənistan faktiki olaraq Qarabağ oyunundan çıxdı”, deyə qeyd edən politoloq Xankəndi mövzusunun gələcək məsələ olduğunu bildirib və deyib ki, Azərbaycanın Qarabağdakı ermənilərin taleyinə yanaşmasında daha çox yeni konseptual yanaşmalarını gözləmək olar: “Rusiyalı sülhməramlılar Qarabağdadırlar, Paşinyan Qarabağ əməliyyatından tamamilə imtina edib. Qarabağ ermənilərinin talelərini Moskva və Bakı həll edəcək”.
“Bakı və Ankaranın öz həll prinsiplərini Ermənistana qəbul etdirmək mümkün olur”
Tarasov Zəngəzur dəhlizi məsələnə də şərh verərək deyib ki, bu poblem də həll edilib. Onun sözlərinə görə, Paşinyan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın praktiki realizəsi yönündə gedir.
Rusiya politoloqu yola salınan 2021-ci ilin əsas hadisələrindən biri ki, Ermənistanla Türkiyə arasındakı yaxınlaşmasını, eləcə də işçi qrupların yaradılmasını, bu qruplara həmsədrlərin təyin edilməsini göstərir. Hətta onun proqnozlarına görə, artıq gələn ilin yayından etibarən hər iki ölkə arasında diplomatik münasibətlərin qurulması ətrafında xəbərlər də eşidilə bilər.
“Bakı və Ankaranın öz həll prinsiplərini Ermənistana qəbul etdirmək mümkün olur”, deyən Tarasov əlavə edib ki, belə bir situasiyada Ermənistanın özünün xarici siyasət orientasiyası ilə bağlı situasiya yaranır, o cümlədən, Rusiyanın konturları elə də dəqiq görünmür: “Paşinyan Türkiyənin regiondakı təsirinin artması üçün hər şey edir. Buna paralel olaraq Ermənistan Moskvadan uzaqlaşmaq və daha aralı məsafədə qalması üçün hər şeyə gedir. Bütövlükdə isə regiondakı situasiya normallaşıb, lakin orada birdəfəlik status-kvonun yaranması ilə bağlı nə isə demək çətindir, çünki iranda da, Türkiyədə də situasiya adi deyil. Zaqafqaziyada mövcud olan status-kvo bu cür vəziyyətdə uzun müddət qalmayacaq”.
Tarasov gələcəkdə regionda böyük olaylaın baş verəcəyinə ümid etdiyini gözləyir.
“Bütün bunları təbii ki, ABŞ-dan diqqətlə izləyirlər. Noyabrın 10-da regiondakı kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı üçtərəfli bəyanat imzalanandan sonra aydın oldu ki, Ermənistanla Türkiyənin münasibətləri normallaşdırılmasabu mümkün olmaz və tərəflər də bu istiqamətdə hərəkətə keçməyə başladılar. Başqa iş isə budur ki, bütün bunların texnoloji cəhətdən həyata keçirilməsinin necə olacağı ilə bağlı yaranan kütləvi suallar varsa, artıq onlar başqa məsələdirlər”.
“Ankara prosesi daha aydın ictimailəşdirir ki, bu da İrəvanda anlaşılmazlıq yaradır”
O, xatırladıb ki, əvvəllcə İrəvan bu addıma heç bir şərt irəli sürmədən gedəcəyini deyirdi, sonra isə Qaribaşvili üzərindən hansısa bağlı diplomatiya nümayiş etdirməyə başladılar, bundan sonra Moskvaya yardım üçün müraciət etdilər, indi, həmsədrlər təyin olunublar, onlar telefonlar vasitəsi ilə rabitədədirlər və s: “Türkiyə tərəfi situasiyaya bir qiymət verir, erməni tərəfi tamamilə başqa. Ankara prosesi daha aydın ictimailəşdirir ki, bu da İrəvanda anlaşılmazlıq yaradır.
Rusiya isə öz sözlərində Ermənistanla Türkiyənin yaxınlaşmasını dəstəklədiyini deyir, amma praktiki olaraq vasitəçilik missiyası ilə məşğul olmur. İrəvan əvvəlcə türklərlə təkbaşına razılığa gəlməyə çalışdı ki, erməni cəmiyyəti buna qarşı çıxdı. Sonra Paşinyan dedi ki, Moskva bunu etməyə icazə verdi. Lakin mühüm budur ki, öz üzərinə məsuliyyət götürəsən və müstəqil hərəkətə keçəsən”.
“Vasitəçilərin yardımları ilə Paşinyanla Ərdoğan arasında aparılan danışıqlar çətin xaraker alacaq”
Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması ilə bağlı ekspert hesab edir ki, həmin məsələ Zaqafqaziyada öz oyununu oynamağa başlayır, eləcə də Qərb də bu məsələyə diqqət yetirir, xüsusilə ABŞ və erməni diasporuz: “Bu münasibətlərdə Vaşinqton Ankaranı konsultasiya edir. Ancaq situasiya istənilən halda anlaşılan deyil. Türkiyə tərəfindən peşəkar diplomat, ABŞ-dakı keçmiş səfir təyin olunub, Ermənistan tərəfindən isə partiya funksioneri və ona kömək edən diplomatlar var. Bu onu göstərir ki, vasitəçilərin yardımları ilə Paşinyanla Ərdoğan arasında aparılan danışıqlar çətin xaraker alacaq”.
Tarasov Ermənistandakı daxili siyasi situasiyanı anomaliya adlandırıb. “Müharibəni uduzdu, seçkiləri uddu. Belə bir şeyi dünya tarixi siyasətində tapmaq mümkün deyil. Belə anomal situasiya uzunmüddətli qala bilməz”, rus siyasi eksperti bildirib.
Rövşən RƏSULOV
239