Mərakeşdə ilişib qalan və Covid-19-un "Omikron" mutasiyasına yoluxma hallarının artması səbəbindən ölkə sərhədlərini bağlamağa qərar verən bir çox türk vətəndaşının Türkiyəyə qayıda bilməsi üçün təşkil ediləcək təxliyə uçuşlarının tarixi, müəyyən edilmişdir. Diaspor info-xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Respublikasının Rabatdakı səfirliyindən verilən açıqlamaya görə, Türkiyə vətəndaşlarının məhdudiyyətlərdən mənfi təsirlərə məruz qalmaması üçün yanvar ayında 3 təxliyə reysi həyata keçiriləcək.
Kasablanka şəhərindəki “Məhəmməd V” Hava Limanından İstanbul Hava Limanına ediləcək müstəsna uçuşların təfərrüatlarını ehtiva edən elanda "Türk Hava Yolları, Mərakeşi tərk edə bilməyən vətəndaşlarımız üçün 5 Yanvar Cümə günü 7 Yanvar Çərşənbə günü Mərakeş hökumətinin hava sahəsini bütün sərnişin uçuşlarına bağlaması səbəbiylə digər ölkə vətəndaşlarının ölkəmizə və ya öz ölkələrinə getməsi və 9 Yanvar Bazar günü Kasablanka “Məhəmməd V” Hava Limanından xüsusi uçuşlar həyata keçirəcək. Xüsusi uçuşların uçuş vaxtı Mərakeş vaxtı ilə 16:35-dir və qeydiyyat prosesi uçuş vaxtından bir saat əvvəl başa çatacaq. Epidemiya səbəbindən uçuşdan əvvəl bir çox sənəd yoxlanışı aparıldığı üçün uçuş vaxtından ən azı 3 saat əvvəl hava limanında olmaq vacibdir" deyilib.
Müəllif: Rüqəyya Orucova