2021-ci ilin dekabr ayında əsasən 15 ölkənin vətəndaşı Azərbaycana səfər edib.
Bu barədə Diaspor info-ya Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, siyahıda ilk üç yeri 29 324 nəfərlə Rusiya, 19 931 nəfərlə Türkiyə və 13 029 nəfərlə İran tutub.
Növbəti yerlərdə 7 734 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri , 6 552 nəfərlə Gürcüstan, 3 387 nəfərlə Səudiyyə Ərəbistanıı, 1 760 nəfərlə Hindistan, 1 606 nəfərlə Ukrayna, 1 349 nəfərlə Küveyt, 1 230 nəfərlə Qazaxıstan, 769 nəfərlə Böyük Britaniya, 739 nəfərlə Almaniya, 728 nəfərlə İsrail, 684 nəfərlə Özbəkistan və 682 nəfərlə Çin qərarlaşıb.
169