EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNDƏ NƏLƏR BAŞ VERİR?
ETSN-nin müavini Vüqar Kərimov sözügedən nazirlikdə qanun pozuntularına niyə göz yumur?
Mən Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi şəxsən tanıdığım üçün tam əminliklə deyirəm ki, onun Vüqar Kərimovun tayfabazlıq etməsindən xəbəri yoxdur. Muxtar müəllim çox savadlı, səmimi və əsl ziyalıdır. Nə qaraj, nə yanacaq və bu kimi cılız işlər onun heç vaxt marağında ola bilməz. Burada bir məsələ var, o da, rəhbərin etimadından sui-istifadə, Vəssalam!
Jurnalist araşdırması apardığımız sahələrdən biri də, ekologiya sahəsidir. Şimal-qərb bölgəsində apardığımız araşdırmalardan belə qənaətə gəlmək olur ki, ekologiya sahəsində baş verən qanunsuzluqlara himayə edənlər də, sözügedən nazirliyin yüksək rütbəli vəzifə sahibləridir. Belə ki, ETSN-nin müavini Vüqar Kərimov sözügedən nazirlikdə işlədiyi bir gündən “Şəki klanı” yaratmağa başlayıb, desək yanılmarıq. Vüqar müəllim imkanı, gücü çatdığı qədər şəkililəri rəhbər vəzifədə işlədiyi nazirliyə və onun yerli nümayəndəliklərinə yerləşdirməklə məşğuldur. Əgər kimə maraqlıdırsa öyrənə bilər ki, Vüqar müəllimin nazir müavini təyinatından sonra bu strukturda nə qədər şəkili vəzifəyə gətirilib. Onun doğma el-obası sayılan Şəki rayonu Kiş kəndinə gedən zaman, kənd camaatının çoxunun təbiət resurslarımızı oğurlamaqla gündəlik çörək pulu qazandıqlarının şahidi olursan. Belə qanun pozuntularını araşdıran zaman onun doğma qohumlarından bəziləri kameramıza da, tuş gəlmişdir. Şəkidə el arasında “Qaraj” deyilən avtonəqliyyat idarəsi yaradılıb və onun başına Vüqar Kərimovun yaxın qohumu gətirilib. (Və hamıya məlumdur ki, bu idarədə sınıq-salxaq, illərlə işləməyən maşınların adına yanacaq yazılaraq, silinir.) Görünür həmin müdir qohuma da, tapşırıq verilib ki, bu idarəyə yad adamları işə götürməsin. Dediyimiz fikirlərə kimin şübhəsi vardırsa buyursun gəlsin Şəkiyə və qaraja. Ən azından idarənin 5-6 rəsmi işçisi Vüqar Kərimovun doğma qohumlarıdır. Məgər işsizlərin hamısı Vüqar Kərimovun qohumlarıdır?, Şəkidə başqa tayfadan işsiz adam yoxdur?
Bu gün Vüqar Kərimovla ETSN-nin rəsmisi S.Kərimovun bir çox kölgə işlərinə nəzarət etdikləri deyilir. Beləki, əgər onların kimdən xoşu gəlmirsə həmin işçini hər bir vasitə ilə ləkələyərək, işdən uzaqlaşdırırlar. Əlbəttə bu da, ayrı bir mövzudur, hər halda nənəm deyib ki, od olmayan yerdən tüstü çıxmaz.
Yaxşı bəs necə olur ki, Şəki şəhərində, rayon və kəndlərində bir çox qanun pozuntularına yol verilir, ancaq cəzasız qalır? ETSN-nin qoyduğu qayda-qanunlar Şəkiyə və şəkililərə aid deyil?!
Əgər qanunlar şəkililərə də, şamil edilirsə onda xahiş edirəm aidiyatı qurumlar buyurub, Şəki rayonu Kiş kəndinə gəlsinlər. Çox yaxşı olardı ki, “Qaraj”-a da baxış keçirsinlər.
Mən Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi şəxsən tanıdığım üçün tam əminliklə deyirəm ki, onun Vüqar Kərimovun tayfabazlıq etməsindən xəbəri yoxdur. Muxtar müəllim çox savadlı, səmimi və əsl ziyalıdır. Nə qaraj, nə yanacaq və bu kimi cılız işlər onun heç vaxt marağında ola bilməz. Burada bir məsələ var, o da, rəhbərin etimadından sui-istifadə, Vəssalam.
Əlbəttə bu mənim ziyalı kimi subyektiv fikirimdir, bəlkə də, bunun arxasında böyük cinayətlər də, dayanır?, bax bunlardan mənim xəbərim yoxdur. Məsələn qoruq ərazilərində becərilən narkotik və s.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.
845