• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BALAKƏNDƏ POLİS DÖVLƏTİN ONURĞA SÜTUNU ROLUNU OYNAYIR.

14-01-2022, 15:41 | Baxılıb: 690
“BALAKƏNDƏ POLİS DÖVLƏTİN ONURĞA SÜTUNU ROLUNU OYNAYIR.

BALAKƏNDƏ POLİS DÖVLƏTİN ONURĞA SÜTUNU ROLUNU OYNAYIR.



Balakən rayonu tarixən kənd təsərrüfatı ilə məşğul olan, yəni aqrar rayon kimi tanınıb. Sovetlər birliyi dövründə tütünçülüklə daha çox məşhur olsa da, fındıq və yaş meyvə istehsalı ilə də, seçilirdi. Müstəqillik əldə etdikdən sonra isə, görünür bəzi səriştəsiz polis rəisləri üzündən bu rayonda da, cənub rayonlarında dəb halını almış narkotikə meyillər artmağa başladı. İş o yerə gəlib çatdı ki, artıq Balakən rayonu deyilən zaman ilk ağıla gələn də, narkotikdir, desək, yanılmarıq. Bu gün ağacların başında dibçəklərdə belə narkotik əkmək, meşələrə, qoruq ərazisiniə qanunsuz yollarla girərək, gözdən qıraq yerlərdə narkotik əkmək balakəndə də, dəb halını almışdır.

Bütün bunlarla amansız mübarizə aparan isə, Balakəndə Dövlətimizin onurğa sütunu rolunu oynayan Polisdir. Bəli, Çingiz Aslanov Balakən rayon polis şöbəsinə rəis təyin olunduğu gündən öz komandasıyla birgə, narkotiklə məşğul olanlara qarşı gərgin mübarizə aparır. Daha narkotik əkənlər dəqiq bilirlər ki, ilişdilərsə, deməli bağışlanmayacaqlar. Çingiz Aslanov cavan olmasına baxmayaraq, təcrübəli polis rəislərindən daha çevik, məsuliyyətli və qətiyyətli addımlarıyla seçilir. Deməli heç kim polisə şər ataraq, onları pulla əldə etdiyini və narkotiki onların razılığı ilə əkdiyini deyə bilməz. Bəzən sadə camaat əməliyyat zamanı polislə narkotik alverçisini danışdığı yerdə görürsə, dərhal düşünür ki, polis narkomanları müdafiə edir. Əslində bu tam tərsidir, sadəcə əməliyyatı hamıya izah etmək məcburiyyətində olmayan polislərimiz (bəzən bu böyük bir cinayətin üstünü açmağa mane ola bilər) çox vaxt insanların böhtan dolu fikirlərini eşitməli olurlar. Bu gün Çingiz Aslanov elə bir heyyətlə işləyir ki, onların qarşısında heç bir mütəşəkkil cinayət qruplaşması dayana bilməz. Buna əmin olmaq üçün rəisin müavini Elxan Zamanovu görmək yetərlidir. Elxan müəllim dövlət, dövlətçilik yolunda canından keçməyə hazır olan və bu yolda yetərincə xidmətləri olan polis zabitlərindəndir. Narkotacirlərə qarşı onun necə amansızcasına, həyatını təhlükəyə atmasına baxmayaraq, mübarizə apardığını hamı bilir.
Odur ki, balakəndən olan narkotacirlər yavaş-yavaş rayonlarını dəyişməyə başlayıblar. Belə ki, son bir neçə ayda bir çox narkotacirlər elə iş başında həbs edilmiş və bunu görən digər narkotik meyilli insanlar, balakəndə bunun mümkünsüz olduğunu açıq-aydın görürlər.
Mən televiziya ekranlarında həbs edilmiş balakənli narkotacirləri gördüyüm üçün bu yazını hazırlamamışam. Balakən ziyalıları ilə həmsöhbət olduğum zaman onların dilindən Balakən polisi ilə bağlı deyilən fikirlərə görə bu məqaləni hazırlamışam.
Hətta bir idarə rəhbəri mənə dedi ki, “Zəfər” günü ərəfəsində keçirdiyimiz tədbirlərin birində rəis müavini Elxan Zamanov da, tədbirimizdə çıxış etdi. Rayon gəncləri onun çıxışını xeyli müzakirə də, etdilər. Gənclər düşünüblər ki, polis savadlı, təhlilli çıxış edə bilməz, lakin onun tam əksini görən zaman bunu dəyərləndiriblər. Deməli Çingiz müəllimin komandası hərtərəflidir, həm savadlı, həm sədaqətli, həm də, cəsur polislərdir, belələri ilə Dövlət heç vaxt daxilindən laxlaya bilməz.

Baş redaktor.
Əlmaniz Ələkbərli.
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
скачать dle 10.6фильмы бесплатно


690

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb
Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

I və IV qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.