“Erməni təxribatları birmənalı olaraq Paşinyanın növbəti avatürist addımıdır. KTMT iclasında Paşinyan Azərbaycana qarşı yenidən ittihamlar səsləndirərək Azərbaycanı müharibədə terrorçulardan istifadə etməkdə günahlandırdı”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, burada iki məqsəd var idi: “Birincisi, Paşinyan çıxışında qarşı tərəfə mesaj verdi ki, siz bizi dəstəkləmədiniz. Halbuki, Azərbaycan heç bir terrorçudan istifadə etməmişdi. Əksinə, Ermənistan özü ayrı-ayrı ölkələrdən erməniləri gətirib bizə qarşı istifadə edirdi”.
Deputat sözlərinə belə davam edib: “Digər bir mesaj ondan ibarət idi ki, siz bizə Azərbaycanla olan mövcud münaqişədə də dəstəyinizi göstərməlisiniz. Yəni, biz əsgərlərimizi Qazaxıstana göndərdik, siz də bu dəstəyi bizə davam etdirməlisiniz. Bu, onu göstərir ki, Paşinyan bu proseslərdən həvəslənib. Amma onun həvəslənməsi əbəsdir. Çünki bu təşkilatın rəhbəri dəfələrlə prosesdə iştirak etməyəcəklərini bəyan edib”.
“Burada Paşinyanın əsas və yekun məqsədi Azərbaycan-Ermənistan sərhədinə kənar qüvvələri gətirmək və bununla da Ermənistanı təmin etməkdir”.
Ayşən Vəli
163