EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ ŞƏKİDƏKİ “KİŞ” MAFİYASINDAN XƏBƏRSİZDİR?!
Hörmətli Vüqar Kərimov cənabları:
“Yaxşı əgər qazandığınız böyük elmdən kənar varlanmaq istəyirsinizsə bunu görünməyən yerlərdən edin də, daha “Qaraj”-dan yox ki, hər halda belə xoşagəlməz hallar Muxtar müəllimə də, böyük bir ləkədir.”
Azərbaycan yenicə müstəqilliyini əldə etdiyi bir vaxtlarda başına xeyli müsibətlər gəldi. Faşist rejimli qonşu erməni cəlladları qəfil dövlətimizə qarşı məkirli planlarını həyata keçirmək üçün hücuma keçdi. Daha sonra müasir Azərbaycan Respublikasının qurucusu, xalqımızın xilaskarı Ümummilli lider Heydər Əliyev millətimizi bu bəladan qurtardı. Və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, nəhayət ki, bu problem də, öz həllini tapdı.
Həllini tapmayan ən böyük problem isə etimad göstərilən kadrların xaraktercə çox tez dəyişilməsi və xalqa yuxarıdan aşağı baxmasıdır. Bu gün internet əsri olduğuna görə ETSN-nin müavini Vüqar Nəzir oğlu Kərimov haqqında da, istənilən materialı tapmaq çox asandır. Sosial şəbəkələrdə, vəyaxudda, “Google.az”-da onun adını yazan kimi yalnız kiməsə havadarlıq etməsi vəyaxudda öz qohum-əqrabasını başına yığmasından geniş yazılar yazılıb. Onun avtobioqrafiyasına nəzər salarkən baxıb görürsən ki, hətta Cənab Prezident onu “Tərəqqi” medalı ilə də, təltif edib. Ancaq necə deyərlər, “Ki, fayda?”
Şəxsən öz araşdırmalarıma görə Şəki rayonunda ekologiyaya aid nə idarə vardırsa, orada onun doğmaları işləyir. İşləməsində elə də, böyük bir problem yoxdur, əvvəl-axır burada kimsə işləməlidir ya yox? Başqası işləyənə kimi “Qaraj” da onun dayısı oğlu niyə işləməsin ki,? Ancaq işlədiyi müəssisədə nazir müavininə arxayın olub istədiyini etməsi, biraz etik qaydalara ziddir. Mən ETS Naziri Cənab Muxtar Babayevin qəbulunda olmuşam. Və müraciətim, şikayətim dərhal öz həllini də, tapıb. Nazir kimi mən onu həmişə yaxşı mənada misal çəkirəm, onun nə qədər mədəni, savadlı, əxlaqlı olmasını hamı kimi mən də, görür və qiymətləndirirəm. Firdovsi müəllimlə isə, Zaqatala rayonunda qəbulda tanış olduq, o da, öz işini biləndir.
Rauf müəllimin qəbulunda olanda isə, düşündüm ki, bu insan sözün hər mənasında nazir olası bir şəxsiyyətdir. Dürüst, kişi kimi açıq danışan və qarşısındakına hörmətlə yanaşan bir məmur nümunəsidir.
Təkcə Vüqar Kərimovla şəxsi görüşüm olmayıb, odur ki, onu yalnız qanun pozan qohum-əqrabasına görə tanıyıram. Əmisi oğlu, dayısı oğlu Şəkidə niyə at oynadırlar?, bax bunu heç başa düşə bilmirəm.
Mən Ədliyyə Naziri Fikrət Məmmədovun qohumu Şəki RİHB-nın müavini Həsən müəllimi də, şəxsən tanıyıram. Belə çıxır ki, Həsən müəllim nazirin əmisi oğludur deyənə bizləri döyməlidir?, bu insan da, çox səmimi bir məmurdur. Unutmayaq ki, Fikrət müəllim də, Şəkilidir.
Yaxşı Vüqar müəllim niyə belə tez dəyişib?
Onun dosyesinə nəzər salanda görürsən ki, elmlə ciddi məşğul olan birisi olub. Yaxşı əgər elmdən kənar varlanmaq istəyirsinizsə görünməyən yerlərdə bunu edin də, daha “Qaraj” da yox ki, hər halda bu Muxtar müəllimə də, böyük bir ləkədir.
Hörmətli oxucular, buyurun nazir müavininin keçdiyi həyat yolu ilə siz də, yaxından tanış olun və fikirlərinizi yazın görək bu insana daha nə lazımdır ki, qanunsuzluq edən qohum-əqrabasını başına yığmasın?
Vüqar Nəzir oğlu Kərimov 02 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010-2013-cü illərdə isə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1995-1998-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasında oxuyub, 1998-2008-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsindən laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlib. 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi verilib. 2008-ci ilin aprel ayından ARDNŞ-nin Ekologiya İdarəsində departament rəisinin müavini, departament rəisi vəzifələrində çalışıb. 2010-cu ilin iyul ayından 2012-ci ilin noyabrına kimi Ekologiya İdarəsinin rəis müavini, 2012-ci ildə daha sonra "Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışıb. ETSN-da aparat rəhbəri vəzifəsində çalışıb. Vüqar Kərimov Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixində imzaladığı sərəncamla Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.
19 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.
629