Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları həlak olmuş hərbi qulluqçu Cavidan Məmmədlinin dəfn mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Azərbaycan Ordusunun həlak olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun Şəki şəhərində keçirilmiş dəfn mərasimində iştirak ediblər.
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Cavidan Məmmədlinin ailə üzvlərinə Müvəkkilin başsağlığını çatdırıblar.
169