ZAQATALADA 20 YANVAR FACİƏSİ ÜMUMXALQ HÜZN MƏRASİMİ İZDİHAMLI İNSAN AXINIYLA QEYD EDİLDİ.
Sübh tezdəndən Zaqatala şəhərində 20 Yanvar faciəsini anmaq üçün insan axını Şəhidlər xiyabanına axışmağa başlamışdı. Saat 10-00 radələrində artıq Zaqatala RİH başçısı Mübariz Əhmədzadə başda olmaqla rayonun bütün hüquq- mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti Zaqatala şəhər qəbirstanlığına üz tutdular
. Əvvəlcə orada uyuyan Şəhidlərimiz yad olundu. Daha sonra Şəhidlər xiyabanına üz tutan Zaqatala ictimaiyyəti və ziyalıları burada da, Şəhidlərimizi yad etdilər, ruhlarına dualar oxudular. Mübariz Əhmədzadə başda olmaqla, bütün rəhbər şəxslər, o cümlədən sadə zaqatalalılar, uşaqdan böyüyə kimi hamılıqla şəhidlərimizə dua etmək üçün Zəfər parkına da, yürüş etdilər. Havanın qarlı olması heç kimi üşütmədi, əksinə Şəhidlərimizi anmaq üçün həmişəkindən daha çox insanı bir yerə yığdı.
Mübariz müəllim icra başçısı kimi deyil, həm də, rayonun ağsaqqalı kimi Şəhidlərimizi həmişə uca tutaraq, andığı üçün demək olar ki, bütün Şəhid ailələri də, anım tədbirində iştirak edirdilər.
Allah bütün Şəhidlərimizə Rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Baş Redaktor
434