• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Nikol çalışır ki, öz yolunu açsın” -POLİTOLOQ ŞƏRH ETDİ

28-01-2022, 10:30 | Baxılıb: 35
““Nikol çalışır ki, öz yolunu açsın” -POLİTOLOQ ŞƏRH ETDİ

Ermənistan artıq növbəti seçkiyə getməyə hazırlaşır və bu digər seçkilərdən fərqli olaraq parlamentdə keçirilən bir seçkidir.Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov deyib.



“Nikol çalışır ki, öz yolunu açsın” -POLİTOLOQ ŞƏRH ETDİ



Politoloq qeyd edib ki, Ermənistandakı indiki durum mahiyyət etibarilə o qədər də ciddi dəyişiklik yaratmır.

"Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə nisbətən çox məhduddur və demək olar ki, prezident orada bir formal xarakter daşıyır, amma yenə də vəzifə olaraq boş qalması hökümət, dövlət tərəfindən normal qarşılanmır. Ona görə də hesab edirəm ki, qoyulan vaxt çərçivəsində və ondan sonrakı mərhələdə seçkinin keçirilməsi gözləniləndir.

Burada bir neçə sual ortaya çıxır ki, Ermənistanda növbəti prezident kim olacaq? Yaxud da kimlər tərəfindən təyin olunacaq və seçkinin aqibəti necə olacaq? Bununla bağlı hələ ciddi bir fikir yoxdur, yəni tam şəkildə rəsmi namizədlər irəli sürülməyib və ona görə də sadəcə ehtimalla demək də fikrimcə o qədər doğru olmazdı. Çünki, vəziyyət hər gün, hər saat dəyişə bilər, amma hesab edirəm ki, bu seçkidə Nikol Paşinyanın dəstək verdiyi şəxslərin, yaxud şəxsin olacağı böyük ehtimal ki, var və düşünürəm, artıq Nikol bununla bağlı özünün namizədini hazırlayır, ya da hazırlayıb, bu seçkidə də irəli sürəcək. Nəzərə alsaq ki, Nikolun fraksiyası da artıq parlamentdə böyük üstünlüyə malikdir, o zaman həmin şəxsin seçilməsi ehtimalı böyükdür.

Düşünürəm ki, bu seçki iki aydan sonraya, yaxud daha sonraya təyin oluna bilər, çünki indiki vəziyyətdə Türkiyə-Ermənistan danışıqları və digər məsələlər gedir. Hesab edirəm ki, Nikol cəmiyyətin başını oraya tam qarışdırmaq istəmir və indiki vəziyyətdə hökumətin də başını buna qarışdırmaq istəmir və qarşısında duran məsələləri həll etməyə çalışır, amma növbəti mərhələdə, iki ay, iki ay yarım, üç ay sonra ola bilsin ki, parlament daxilində yeni bir seçki keçirilib prezidentin seçilməsi mümkün olacaq. Ehtimal ki, Ermənistan növbəti dəfə artıq yenidən qayıdacaqdır referendum vasitəsi ilə prezident idarə üsuluna. Nikol əslində bütün gücü ilə çalışır ki, özünün yolunu açsın və baş nazirdən sonra artıq prezident seçkilərində iştirak edib prezident kimi hakimiyyətini davam etdirsin. Fikrimcə vəziyyət bundan ibarətdir və gözlənilən də odur ki, Nikol öz komandasından ona sadiq olanları seçə, onlardan da bir və ya bir neçəsinin də namizədliyini verə bilər”

Müəllif: İnam Hacıyevскачать dle 10.6фильмы бесплатно


35

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.