• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Argentinanın keçmiş səfiri: “Azərbaycanın əsas sərvəti insanlarıdır” - MÜSAHİBƏ

28-01-2022, 11:00 | Baxılıb: 46
“Argentinanın keçmiş səfiri: “Azərbaycanın əsas sərvəti insanlarıdır” - MÜSAHİBƏ

Argentinanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunella “Caliber” analitik mərkəzinə müsahibəsində ölkəmiz və xalqımız haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Cənab səfir, üç il müddətində Azərbaycanda diplomatik xidmətdə olmusunuz. Ölkəmiz haqqında nə deyə bilərsiniz? Ən çox nəyi bəyəndiniz?

- Mən üç ilə yaxın Argentinanın səfiri kimi Azərbaycanda diplomatik xidmətdə olmuşam və Bakıda böyük təcrübəm var. Vaşinqtondan gəldiyim üçün əvvəlcə yeni reallığa uyğunlaşmağın mənim üçün çətin olacağını düşündüm. Amma həyatın göstərdiyi kimi, əksinə, ilk gündən hər şey çox asan idi. Azərbaycanın hakimiyyət orqanları və sadə vətəndaşları məni çox səmimi qarşıladılar və gözəl və canlı, nisbətən gənc, lakin eyni zamanda uzun və zəngin tarixə və mədəniyyətə malik ölkəni kəşf etməyimə kömək etdilər.

Təəssüf ki, qaldığım müddətin əhəmiyyətli hissəsi pandemiya dövrünə düşsə də, ölkəni çox gəzmək imkanım oldu. Hər bölgədə inanılmaz yerlər, eləcə də incə qastronomiya kəşf etdim. Azərbaycan haqqında ümumi təəssüratım əladır, xüsusən də tanış olduğum insanlar haqqında. Amma mənim heç xoşuma gəlməyən şey Bakıda davamlı küləklər və qışda soyuq hava idi.

- Sizcə, Azərbaycanda diplomatik xidmətiniz dövründə hansı fəaliyyətlər uğurla həyata keçirilib?

- Bakıda işlədiyim illər ərzində biz çoxlu tədbirlər keçirmişik. Biz dərhal səfirlik üçün iki prioritet komponent qoyuruq: ikitərəfli ticarəti artırmaq və xalqlarımızın mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdırmaq üçün bütün səyləri göstərmək.

2019-cu ildə yerli özəl sektorun rəhbərlərini ziyarət etmək, onları ölkəmin iqtisadiyyatının dünyaya təqdim etdiyi imkanlarla tanış etmək imkanımız oldu və sonra Argentinadakı həmkarlarımızla uğurla əlaqələr qurduq. Səfirlik fotoqrafiya, rəsm, film, musiqi və rəqslə bağlı müxtəlif mədəni tədbirlər təşkil etmişdir. Xüsusilə, 2019-cu ilin noyabrında Bakıda keçirilən beynəlxalq tanqo festivalını qeyd etmək istərdim. Tədbirdə Buenos-Ayresdə keçirilən Tanqo üzrə Dünya Çempionatının qalibi olmuş rəqqaslar və fantastik bandoneon (tanqo üçün nəzərdə tutulmuş xüsusi musiqi aləti) və gitara dueti çıxış edib.

Çox istedadlı argentinalı sənətçilər gürcü və azərbaycanlı rəqqas və musiqiçilərlə birgə çıxış etdilər. Pandemiyanın başlaması ilə hər şey çox çətinləşdi, lakin biz bütün imkanlardan istifadə etməyə çalışdıq ki, layihələrin icrası üzərində iş dayanmasın.

2020-ci ilin mart ayından və növbəti il ​​ərzində biz Azərbaycan bazarını Argentinanın maraqlı ixracatçılarına tanıtmaq üçün bütün səylərimizi sərf etmişik, həmçinin kənd təsərrüfatı texnikası üzrə virtual işgüzar görüşlər raundunu təşkil etmişik. Səfirlikdə musiqi, foto və rəsm əsərlərinin virtual sərgiləri də keçirilib. Biz yeni reallığa uyğunlaşmaqda kifayət qədər yaradıcı olmuşuq.

- Görülən işlərdən razısınızmı?

- Çətin sualdır. Hiss edirəm ki, səfirlik çox böyük iş görüb, lakin eyni zamanda başa düşürəm ki, bu iş yalnız başlanğıc idi, biz argentinalılarla azərbaycanlılar arasında münasibətləri yaxşılaşdırmaqda davam etməliyik. Biz böyük coğrafi məsafədə yerləşən, lakin eyni zamanda bir çox mədəni oxşarlıqlara malik olan ölkələrik. Bizim birlikdə parlaq gələcəyimiz var və buna görə də görülən işlər heç vaxt kifayət etməyəcək!

- Azərbaycana yenidən səfər etmək istərdinizmi?

- Əlbəttə! Mən dostlarımı ziyarət etməyə və gözəl Bakıdan həzz almağa gələcəyəm. Pandemiya ilə bağlı vəziyyət düzələn kimi mütləq gələcəm.

- Bakıda çoxmu dostunuz qalıb?

- Bəli. Həyat yoldaşım Korina ilə Bakıda çox yaxşı dostluqlar qazanmışıq.

- Ən çox nə üçün darıxacaqsınız?

- Bir çox cəhətdən... Əvvəla, dostlarımızdan ötrü, Azərbaycanın əsas sərvəti insanlardır. Amma yeməklər (duşbərə və lülə kababını çox sevirəm), İçərişəhərin çoxlu guşələri, bulvar boyu uzun məsafədə velosiped sürməyim, şəhərin inanılmaz mənzərəsi üçün darıxacağam.

İnanıram ki, Azərbaycanın böyük gələcəyi var. Ölkə və onun əhalisi sürətlə dəyişir, dünya ilə əlaqələrini genişləndirir və düzgün istiqamətdə gedir. Azərbaycan xalqına ən yaxşısını arzulayıram!

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.скачать dle 10.6фильмы бесплатно


46

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.