İSMAYILLIDA PANDEMİYA QAYDALARAINA BAŞDA RMX OLMAQLA BİR ÇOX YERLƏRDƏ ƏMƏL OLUNMUR.
İsmayıllı rayonunda olduğumuz zaman bir şeyin şahidi olduq ki, bu rayonda pandemiya qaydalarına ümumiyyətlə əməl olunmur. Qəribə burasındadır ki, hamıdan əvvəl pandemiya qaydalarına əməl etməli olan və insanlara təlimat verməli olan İsmayıllı rayon mərkəzi xəstəxanasının özü qanunlara məhəl qoymur.
Bəli, həqiqətən də, acınacaqlı haldır, artıq Covid-19 yoluxanların sayı yeddi mini ötür, Prezident İlham Əliyev vaksin olunmağın, Buster dozanın qəbulunun vacibliyini deyir, tövsiyyə edir. İsmayıllı RMX-də isə adi tibbi masqa geyinmirlər. Bu nədir, özbaşınalıq, yoxsa saymamazlıqlıq?
RMX-də olduğumuz müddətdə baş həkm, direktor və s. Rəhbər işçilərin işdə olmadığı deyildi. Bunun özü də, bir nöqsandır. Əlbəttə ki, rəhbəri olmayan müəssisədə belə özbaşınalıqların olması da, başa düşüləndir.
Bəzi videoları oxucularımıza da, təqdim edirik.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
518