Politoloq Anar Əliyevin Diaspor info-ya müsahibəsi
- Anar müəllim, sizcə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və sülhün bağlanmasına Ermənistan hazırdırmı?
- Nikol Paşinyanın Azərbaycanla dəmir yolu və avtomobil yolunun açılmasına Ermənistanın hazır olması bağlı bəyanat səsləndirməsi Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi eləcə də böyük sülhün tezliklə imzalanacağı ilə bağlı tərəflərdə inamı kifayət qədər gücləndirib. Hesab edirəm ki, Fransa prezidenti Emmanuil Makronun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən video formatda görüş zamanı yalnız post münaqişə terminlərindən istifadə olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərinin tənzimlənməsinin müzakirə mövzusu olması, Azərbaycanın Qarabağ bölgəsində separatçı rejimə hər hansı bir statusun verilməsi ilə bağlı məsələlərin gündəmdə olmaması, Ermənistan və Azərbaycan arasında iqtisadi kommunikasiya, nəqliyyat əlaqələrinin qurulması ilə bağlı fikirlərin səslənməsi əldə olmuş kövrək sülhün davamlılığının təmin olunması istiqamətində tərəflərin üzərinə götürdükləri öhdəliklərə sadiqliyin bəyan olunması Ermənistan tərəfində də ən böyük havadarı olan Fransanın belə Azərbaycanın yaratdığı reallıqlarla barışdığını və bu reallıqların irəli sürdüyü şərtləri qəbul etdiyini göstəricisi kimi qiymətləndirildi.
- Ermənistan sərhədlərin müəyyənləşdirilməsi məsələsində şərt irəli sürüb. Bununla Ermənistan sülh yolunda əngəllər yaratmırkı?
- Bundan sonra Ermənistan cəmiyyətində və siyasi hakimiyyətində tam bir təəssürat Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etmədən, Azərbaycanla münasibətləri formalaşdırmadan, Cənubi Qafqaz ailəsinin bərabər hüquqlu üzvinə çevrilmək və Cənubi Qafqazda həyata keçirilən layihələrin iştirakçısı olub, bu layihələrdən iqtisadi nəticələr əldə etmək mümkün deyil. Məhz Ermənistan Baş Naziri Nikol Paşinyanın son açıqlamasını bu hədəflə, bu məqsədlə qiymətləndirmək olar. Təbii ki, açıqlamalar Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində Ermənistan tərəfindən də artıq müsbət elementlərin özünü göstərməsi onu deməyə imkan verir ki, Ermənistan və Azərbaycan arasında münasibətləri tənzimləyəcək böyük sülhün imzalanması da tezliklə mümkün olacaqdır. Amma ümumiyyətlə prosedur qaydası olaraq Ermənistan və Azərbaycan arasında sülhün imzalanması üçün bir sıra zəruri addımlar atılmalıdır. Xüsusilə də Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünü tanımalıdır. Bunun üçün sərhədlərin delimitasiya və demarkasiyası prosesi həyata keçirilməlidir. Bu prosesdən öncə isə sərhədlərin delimitasiya və demarkasiyası prosesi ilə məşğul olacaq mütəxəssislərdən ibarət işçi qrupu yaradılmalı və işçi qrup müxtəlif dövrə aid sənədlər, xəritələr əsasında Ermənistanla Azərbaycan arasındakı sərhədlərin delimitasiya və demarkasiya prosesini həyata keçirməlidir. Eyni zamanda Azərbaycan və Ermənistan arasında iqtisadi nəqliyyat kommunikasiya əlaqələrini nəzərdə tutan iqtisadi münasibətlər formalaşmalıdır. Davamlı olaraq Ermənistan və Azərbaycan arasında siyasi və diplomatik münasibətlər qurulmalıdır. Bunun davamı olaraq Azərbaycanın da mühüm şərt kimi irəli sürdüyü Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi istiqamətində Ermənistan tərəfindən əməli addımlar atılmalıdır.
- Ermənistanla Türkiyə arasında münasibətlər qurulmaqdadır. Sizcə bundan sonra Ermənistan Türkiyəyə qarşı ağılsız iddialarından əl çəkəcəkmi?
- Münasibətlərin yaradılması üçün Ermənistan Türkiyəyə qarşı əsasız iddialarından əl çəkməlidir. Hesab edirəm ki, bu proseslər həyata keçirildikdən sonra yaxın illərdə Ermənistan və Azərbaycan arasında böyük sülhün imzalanması kifayət qədər realdır. Artıq Ermənistan mövcud reallıqları dərk edib bu reallıqlardan kənar Ermənistanın mövcud ola bilməyəcəyini qəbul etməkdədir. Amma unutmaq olmaz ki, qarşımızda iki yüz illik riyakar bir erməni cəmiyyəti və onun terrorçu toplumu dayanır. Ona görə də, onların səsləndirdiyi hər bir bəyanata kifayət qədər ehtiyatlı və istənilən an verdikləri sözdən geri çəkilə bilmə prespektivlərini nəzərə alaraq davranmaq lazımdır. Unutmaq olmaz ki, Ermənistan tərəfinin hər bəyanatından sonra Azərbaycanın Qarabağ bölgəsində erməni separatçı qüvvələri tərəfindən Azərbaycana və ordumuza, mülki vətəndaşlara qarşı təxribatlar törədilir. Ona görə də, Azərbaycan ordusu hər zaman ayıq sayıq, diqqətli olmalıdır. Azərbaycanın Qarabağ bölgəsində istənilən təxribata qarşı ciddi reaksiya və cəza tədbirləri görülməlidir. Qarşı tərəf anlamalıdır ki, Azərbaycana qarşı törədə biləcək istənilən təxribatı Azərbaycan ordusu, dövləti dəfələrlə artıqlaması ilə erməniləri cəzalandırmaqla cavab verəcəkdir. Məhz bu addımların atılması Ermənistanı və erməni cəmiyyətini eyni zamanda, Qarabağdakı separatçı qüvvələri də Azərbaycanın yaratdığı və irəli sürdüyü son reallıqlardan irəli gələn tələbləri qəbul etmək məcburiyyətində qoyacaqdır.
Müəllif: Gülyana