AZƏRBAYCANDA VERGİ İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD EDİR.
Vergi yığmaq sözü bəzən kiməsə adi gələ bilər, ancaq vergi yığımı:-maaş, təqaüd, “Vətən Müharibəsində” istifadə etdiyimiz silahlardır. Bax budur vergi yığmı, deməli bu peşə sahibləri Vətən, Dövlət üçün çalışırlar.
Araşdırmalarım zamanı Zaqatala və bölgədə də, Pərvin Əhmədovun işçiləri çox ciddi mübarizə aparırlar, demək ki, ədalətli olub, bunları da, dilə gətirməliyik, bu da, bizim peşə borcumuzdur.
Ataların gözəl bir məsəli var:”Arxalı Köpək Qurd Basar”
Bu gün həqiqətən də, arxalı köpəklərlə mübarizə aparmaq üçün “13” saylı vergilər idarəsi böyük əzmlə çalışır və bu təqdirəlayiqdir.
Əlmaniz Ələkbərli: Baş Redaktor
Məlum olduğu kimi bu gün Azərbaycan Respublikasında Vergi işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Bir jurnalist olaraq, vergi işçilərinin işindən faktlarla, həm tənqidi, həm də, əsaslı faktlarla tərif etdiyim yazılarım olub. “13” saylı ərazi vergilər idarəsindən daha çox yazılar yazmışam desəm, yanılmaram. Bununla yanaşı vaxtilə Bakı şəhər vergilər departamentindən, cənub bölgəsi və Salyan bölgəsindən də, tənqidi yazılarım olub.
Mənim üçün bir yol var, bu yol da, ədalətli və sədaqətli yoldur.
Tənqid isə, dostlar üçündür deyiblər. “13” saylı vergilər idarəsi sözünü eşidən zaman ilk ağlıma gələn idarənin keçmiş rəhbəri Turac Mahmudov olur. İşdən əlavə münasibətimiz bu gün də, dostluq prinsipi ilə davam edir.
Hazırda “13” saylı ərazi vergilər idarəsinin rəhbəri Pərvin Əhmədovdur. Düzdür onunla şəxsi tanışlığım olmasa da, işlərində müəyyən nöqsanlarla bağlı müxtəlif vaxtlarda tənqidi məqalələr yazmışam. Oxuculara aydın olsun deyə, xüsusi vurğulayıram ki, Pərvin müəllimlə bu gün də,şəxsi tanışlığım yoxdur. Jurnalist araşdırmaları apararaq, bəzi nüansları ortaya çıxardıqdan sonra məlum oldu ki, sən demə “13” saylı ərazi vergilər idarəsinin işçiləri sözün hər mənasında qəhrəmandırlar. Savadlı, ziyalı adamlar mənim nə demək istədiyimi dərhal anladılar. Belə ki, Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Bakı şəhərində apardığım araşdırmalardan belə qənaətə gəldim ki, bu gün hələ də, elə böyük rütbəli məmurlarımız vardır ki, onlar vergi ödəməkdən yayınırlar və bunun üçün bütün qanunsuz yollara əl atırlar. Vergi ödəməmək üçün vergi işçilərini şərləmək, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bəzi işçiləri, hətta işlərindən azad etməyə kimi mübarizə aparırlar. Deməli vergi yığmaq bu gün elə də, asan deyildir.
Mən deyərdim ki, doğru-düzgün vergi yığmağın özü bir fədakarlıqdır. Bunu heç kim dana bilməz ki, dünyanın hər yerində qohumbazlıq, yerlilik, eyni komandanın üzvləri adı altında müxtəlif qanun pozuntuları mövcuddur. Azərbaycanda isə, belə hallar daha da, qabarıqdır, demək ki, vergi işçisi qanunu tələb edən zaman həmin məmurla dolayısı ilə düşmən olur.
Araşdırmalarım zamanı Zaqatala və Şimal-qərb bölgəsində də, Pərvin Əhmədovun işçiləri çox ciddi mübarizə aparırlar, demək ki, ədalətli olub, bunları da, dilə gətirməliyik, bu da, bizim peşə borcumuzdur.
Ataların gözəl bir məsəli var:”Arxalı Köpək Qurd Basar”
Bu gün həqiqətən də, arxalı köpəklərlə mübarizə aparmaq üçün “13” saylı vergilər idarəsi böyük əzmlə çalışır. Mənim çox illər bundan öncə tanıdığım vergi işçiləri də, vardır ki, onlar bu gün də, dövlətimizə sədaqətlə xidmət edirlər. Vergi yığmaq sözü bəzən kiməsə adi gələ bilər, ancaq vergi yığımı:-maaş, təqaüd, “Vətən Müharibəsində” istifadə etdiyimiz silahlardır. Bax budur vergi yığmı, deməli bu peşə sahibləri Vətən, Dövlət üçün çalışırlar.
Peşə Bayramınız Mübarək-Əziz Vergi İşçiləri.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.