AZƏRBAYCANIN ƏN BÖYÜK ŞƏHƏRLƏRİNDƏN BİRİ OLAN ŞƏKİ NİYƏ QƏDİMİ KƏNDİ XATIRLADIR?
SADƏ ŞƏKİLİ AĞBİRÇƏK, SADƏ EV XANIMININ DEDİKLƏRİ ÇOX MƏNALI VƏ DÜŞÜNDÜRÜCÜDÜR:”BAX OĞLUM BİZİM KÜÇƏYƏ İŞIQ DA ÇƏKİBLƏR, HEÇ BİLİRSƏN NƏ QƏDƏR ALQIŞ ETMİŞİK?, MƏN ÖZÜM HƏR GÜN ONLARA DUA EDİRƏM.”
Hörmətli Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov cənabları, qapının kəndarında 21-ci əsrdir, bu gün bir çox dövlətlərin vətəndaşları başqa planetlərdə torpaq sahəsi alır, sizin rəhbərlik etdiyiniz rayonun sakinləri isə, onlara verilən elektrik enerjisinə görə, iki saat verilən içməli suya görə və həftədə bir dəfə yalnız cümə axşamlarında məişət tullantılarını daşıyanlara minnətdarlıq edirlər.?!
Əlmaniz Ələkbərli:Baş redaktor.
Şəki şəhərində sakinlərlə görüşdüyüm zaman sadə bir, evdar xanımın dedikləri, mənim diqqətimi daha çox çəkib və hələ də, onun dediklərini düşünürəm.
Qəribə burasındadır ki, şəkililərlə danışan zaman nəyin ciddi, nəyin zarafatla deyildiyini anlamaq çox çətindir. Şəhidin adını daşıyan küçənin sakini ilə söhbətimiz zamanı onun dediklərini savadlı bir jurnalist, müəllim belə, bu günə kimi o tərzdə deməmişdir. Bu günə kimi başa düşə bilmirəm ki, bu ana sözlərini, problemlərini zarafat etməklə çatdırırdı, yoxsa savadsızlıqdan elə danışırdı?
Belə ki, Şəkili Ana mənə deyir ki, Şəki mallda endirim var, pulun vardırsa əlli azn ver gedim alver edim. Daha sonra deyir ki, məişət tullantılarını yalnız həftənin dördüncü günlərində aparılması təqdirəlayiqdir, yəni biz dövlətimizdən çox razıyıq. Axşam küçə işıqları verilməsə də, küçədə elektrik dirəkləri var və lampaları da, yanır.
Burada belə bir sual ortaya çıxır. Axşamlar işıq verilməyəcəksə o elektrik dirəkləri kimə və nəyə görə lazımdır? Qəribə məntiqdir deyilmi?
Şəki şəhər icra hakimiyyəti və onun rəhbərliyi öz işlərini elə qurublar ki, sadə vətəndaş şəhidin adını daşıyan küçəyə işıq çəkildiyinə görə rəhbərliyə dua edir.
Hörmətli Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov cənabları, qapının kəndarında 21-ci əsrdir, bu gün bir çox dövlətlərin vətəndaşları başqa planetlərdə torpaq sahəsi alır, sizin rəhbərlik etdiyiniz rayonun sakinləri isə, onlara verilən elektrik enerjisinə görə, iki saat verilən içməli suya görə və həftədə bir dəfə yalnız cümə axşamlarında məişət tullantılarını daşıyanlara minnətdarlıq edirlər.?!
Şəki şəhərinin bir çox küçə və prospektlərində axşam saatlarında da, olduq. Bir çox yerlərdə ümumiyyətlə işıq yanmır, bəzi yerlərdə isə üç dirəkdən birinin lampaları yanır. Görünür elektrik enerjisinə qənaət etmək qərarına gəliblər. Cənab başçı sizə elə gəlmir ki, bu standartları siz təyin etmirsiniz, əgər belə olsaydı həmin dirəklər arasındakı məsafələr bir kilometrədək olardı. Bu o yana qalsın, sizin yollardakı çalalardan axşam necə keçmək olar?, bunu o adam edərdi ki, yolları şüşə kimi düz olardı, bəlkə də, onda buna heç kim reaksiya verməzdi.
Şəkidən gələn qeyri rəsmi mənbələrin fikirincə sözügedən rayon rəhbərinin maddi imkanları həddindən artıq çoxdur. Və bu kişi istəsə jurnalisti aradan götüzdürə də, bilər. Bu hədələrdən qorxmuram, çünki mən şər-böhtan yazmıram, faktlarla yerində etdiyim çəkilişlərə istinadən yazıram. Bütün hallarda əgər rayon rəhbərinin maddi imkanı həddindən artıqdırsa və o bunun istisini ala bilməyib, kimisə aradan götürmək fikrindədirsə, mənim də, arxamda dövlətimin başçısı dayanır. Gərək ki, onu icra başçısı yaxşı bilməlidir. Mən hələ gənc yaşlarımdan Şərur rayonunda YAP sıralarına ona görə qoşuldum ki, Ümummilli Liderimiz Heydər Əliyev dühasının işığına yığışım. Bu gün isə onun ideyalarını daha müasir formada gerçəkləşdirən Prezident İlham Əliyevin silahdaşı olum. Belə çıxır ki, Ulu öndər Heydər Əliyevin siyasəti uğrunda kişi kimi vuruşanları da, kimlərsə maddi imkanlarına qurban edə bilər?, əsla yox!
Hörmətli oxucularımız Şəki şəhəri və Şəki rayonunun bir çox kəndlərindəki vəziyyətlə bağlı video-foto faktlarla dolu yazılarımızı növbəti saylarımızda gözləyin.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü
898