ZAQATALA ŞƏHİDLƏRİNİN ADLARININ ƏBƏDİLƏŞDİRİLMƏSİ RAYON RƏHBƏRİNİN DİQQƏTİNDƏDİR.
MÜBARİZ ƏHMƏDZADƏNİN ZAQATALADA QURDUĞU ZƏFƏR PARKI ÖZƏLLİYİNƏ GÖRƏ
RESPUBLİKANIN BÜTÜN BÖLGƏLƏRİNDƏ QURULMUŞ ZƏFƏR PARKLARINDAN SEÇİLİR.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, bir çox hegamon dövlətlərin dəstəyi ilə erməni faşistlərinin hücumuna məruz qaldı. Həmin dövr yenicə müstəqilliyini əldə etmiş bir dövlət, yeni ayaq açan körpəyə bənzəyirdi. Ayağının tez-tez büdrəməsini görən xain qonşularımız, öz mənfur xislətlərindən əl çəkməyərək, xalqımıza qarşı tarix boyu olduğu kimi, qəfil hücum etdilər. Azərbaycanın bütün qəhrəman oğulları dərhal ayağa qalxdılar, baxmayaraq ki, silah-sursat yox dərəcəsində idi, ancaq ərənlərimiz əliyalın da, olsa Vətənin müdafiəsinə cəsarətlə qalxdılar. Bəli, həmin dövrdə Azərbaycan dövləti xeyli qəhrəman oğul və qızlarını itirdi.
Daha sonra müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşən zaman xalq öz liderinə müraciət etdi. Və Naxçıvanda qalan ömrünü məhz orada başa vurmaq qərarına gələn Ümummilli liderimiz Heydər Əliyev, xalqın təkid və tələbinə biganə qala bilmədi. O, yenidən böyük siyasətə qayıdaraq, Azərbaycana yeni nəfəs verdi. Atəşkəs elan olundu, iqtisadi-siyasi cəhətdən dövlətimiz güclənməyə başladı. Məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən və dayanıqlı siyasəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına qoşuldu. Bağlanan böyük neft kontraktları iqtisadiyyatımızın inkişafıyla yanaşı hərb sahəsində də, güclənməyimizə təkan verdi. Nəhayət Ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin qətiyyəti sayəsində cəmi 44 gün davam edən İkinci Qarabağ savaşı “Vətən müharibəsi”ndə Azərbaycan itirilmiş torpaqlarını erməni cəlladlarının əlindən geri ala bildi.
Cənab Prezident dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Şəhid ailələri, qazilərimiz və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilməlidir. Şimal-qərb bölgəsində Şəhid ailələrinə ən çox diqqət və qayğını Zaqatalada görmüşəm. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Vətən müharibəsi başlanan gündən Zəfər gününə kimi rəhbərlik etdiyi kollektivlə birgə səfərbər olmuşdu. Bunu danmaq günah olar. Rayona gələn hər bir Şəhid xəbərinə valideynlərlə bərabər həssaslıq göstərən rayon rəhbəri çox vaxt ağsaqqalığı da, öz üzərinə götürürdü. Cavan övladlarını itirən valideynlərlə birgə o sarsıntını yaşayırdı desək, yanılmarıq.
Bölgədə Zaqatala rayonu bir çox keyfiyyətlərinə görə əvvəllər də, seçildiyi kimi, bu işlərin görülməsində də, xüsusilə seçildi, ilk olmağı bacardı. Belə ki, şəhidlərin valideynlərinin arzusu ilə bir çoxları kəndlərdə dəfn olunduğuna görə onların adlarının da, şəhərdə əbədiləşdirilməsi qərarına gəlindi. Mübariz müəllim elə bir Şəhidlər kompleksi və parkını yaratdı ki, bəlkə də Respublikada belə bir kompleks yoxdur. Böyük həcmdə, yəni hektarlarla sahəni əhatə etməsə də, çox düşünülmüş bir addım atılıb. Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalanların və Azərbaycan dövlətinin suverenliyi uğrunda və s. hallarda Şəhid olanların hər birinin adlarını əks etdirən lövhələr “20 yanvar” abidə kompleksində qurulmuşdur.
İkinci Qarabağ “Vətən müharibəsi” şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün isə şəhərin digər bir guşəsində, çay kənarında abidə kompleksi salınmışdır. M. Əhmədzadə parkın salınması zamanı bütün incə nüansları nəzərə almış, məşhur Aprel döyüşlərinin şəhidlərinin də, foto stendlərini həmin yerdə asmışdır. Beləliklə istər gənc nəsil, gələcəyimiz olan şagirdlərimiz, istər də, rayonun qonaqları İkinci Qarabağ savaşında Şəhid olmuş bütün qəhrəmanlarını sözügedən parka getməklə tanıya bilər. Bundan ötəri artıq heç bir kəndə getməyə ehtiyyac yoxdur.
Şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün onların hər birini ayrılıqda qəbul edən Zaqatala RİH başçısı Mübariz Əhmədzadə onların əsas istəklərini, böyük problemlərini dərhal, yerindəcə həll edib. Əlbəttə ki, gündəlik məişət problemləri də, meydana gələ bilər ki, həmin problemlərin həlli üçün isə rayon icra hakimiyyətlərində xüsusi bir şöbə də, yaradılıb.
Əsas diqqətimizi çəkən Vətən Müharibəsi Qəhrəmanları, “Zəfər” Parkı oldu ki, belə kompakt və informasiya dolu park Şimal-qərb bölgəsinin heç bir rayonunda yoxdur. Bəli, digər rayonlarda da, buna oxşar parklar və s. vardır, ancaq Zaqatala şəhərindəki kimi Zəfər parkı heç yerdə qurulmayıb. Buna görə şəxsən bir ziyalı kimi başda Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadəyə və bu parkın ərsəyə gəlməsində bütün zəhməti keçənlərə öz minnətdarlığımı bildirirəm.
Allah Şəhidlərimizə Rəhmət Eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin üzvü.