• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

APREL ŞƏHİDİ RƏVAN NURAYEV VƏTƏN FƏDAİSİ İDİ.-video-foto

30-01-2023, 11:00 | Baxılıb: 1 461
“APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

APREL ŞƏHİDİ RƏVAN NURAYEV VƏTƏN FƏDAİSİ İDİ.

Məşhur Aprel döyüşlərinin qəhrəman döyüşçülərindən biri də, Rəvan İsmayıl oğlu Nurayev idi. Zəfərlə başa çatan “Vətən” müharibəsinin başlanmasına daha çox stimul verən aprel döyüşləri, erməni faşistlərinə çox böyük ibrət dərsi olmuşdur. Rəvan Nurayev cəsurluğu, qorxmazlığı ilə ermənilərə dərs verən Azərbaycan oğullarından biri idi.

APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

Zaqatala rayon Muxax kəndinə daxil olarkən, kəndin girişində Zaqatala şəhidlərinin fotolarını özündə əks etdirən böyük bir tabloya rast gəlirsən. Bu kənd camaatının nə qədər vətənpərvər olmasından xəbər verir.
Məlum olduğu kimi Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan İkinci Qarabağ savaşı, “Vətən” müharibəsi rəşadətli Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşdı.

APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

Bu müharibənin başlanmasına ən böyük ruh yüksəkliyi, özünə güvən, inam verən isə, məşhur “Aprel döyüşləri” idi. Bu döyüşlər sanki Azərbaycan xalqına imkan vermişdi ki, otuz ilə yaxın ürəyində saxladığı qisas hissini erməni cəlladlarına göstərsinlər. Lələtəpədə Azərbaycan bayrağını dalğalandıran və sonradan onun keşiyini sədaqətlə çəkən cəsur əsgərlərdən biri də, Rəvan Nurayev olub.

APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

Rəvan ailənin tək oğulu olub, yalnız vətən fədailəri onun atdığı addımları ata bilərdi ki, o da, bunu etdi. Vətənin işğal altında olan torpaqlarını sonuncu iki yüz ildə ilk dəfə olaraq, erməni yağılarından azad edilməsində iştirak etdi.
Bəli, Rəvan sözün hər mənasında tarix yazdı, həm də, “Şanlı Tarix” yazanlardan oldu. Həmin tarixi döyüşlərə qədər, dünyanın ən aparıcı dövlətləri Azərbaycan xalqını açıq savaşdan çəkindirmək üçün bütün gücüylə təbliğat aparırdı. Ancaq Rəvan kimi qeyrətli Azərbaycan oğulları öz canlarını fəda edərək, vətən torpağını ilk dəfə olaraq, işğaldan azad etdilər.

APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

Və bütün dünya gördü ki, Azərbaycan ordusu artıq sözdə deyil, əsil həqiqətdə çox güclü bir ordudur.
Rəvanın ailəsi ilə görüşmək üçün, Zaqatala rayonu Muxax kəndinə getdik. Darvazanın qapısını üzümüzə Havva ana açdı. Zəhmətkeş, sadə, əliqabarlı kəndli, qonaqpərvər, istiqanlı, oğul dərdi çəkməkdən beli bükülmüş, ancaq bunu biruzə verməyən, başını dik tutan Ana!, bir sözlə əsil Azərbaycan xanımı qarşımızda dayandı. Bizə xoşgəldin edərək, içəri dəvət etdi. Havva ananın gözlərinə baxan kimi orada qəhrəman oğul anasının surətini görürsən. Şəhid anası öz qəhrəman oğulu ilə qürur duymaqdan , fəxr etməkdən başqa çarəsi olmadığı üçün, onun haqqında keçmiş zamanda danışmaq istəməsə də, buna məcbur idi:”oğlum hələ iki yaşında idi, atasını itirib.

APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

Bacısı Fatma ilə Rəvan üçün həm ata, həm də, ana olmuşam. Bütün ömürü boyu çalışdım ki, uşaqlarım atasızlıqlarını hiss etməsinlər, maddi cəhətdən çox da, əziyyət çəkməsinlər, buna nə qədər nail olmuşam, onu deyə bilmərəm. Oğlum Muxax kənd iki saylı tam orta məktəbi bitirib, yaxşı oxuyurdu. Düzdür maddi imkanlarım elə də, yaxşı olmadığına görə repetitor yanına göndərmirdim. Buna baxmayaraq, Rəvan yaxşı oxuyurdu, o, Ali təhsil almaq üçün imtahana qatıldı. Və buna nail də, oldu, ancaq ödənişli təhsilə qəbul olduğuna görə razılaşmadı. Dedi ki, ana sən darıxma gedim əsgər borcumu verim, geri gəlib, yenidən test imtahanlarında iştirak edəcəyəm.

APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

Bir il idi ki, həqiqi-hərbi xidmətdəydi. Sonralar bildik ki, oğlum xüsusi təlimlərdə iştirak edirmiş və qıssa müddət sonra cəbhə bölgəsinə apardılar. 2016-cı il aprel ayının ikisində, məşhur aprel döyüşləri zamanı oğlum şəhid oldu.”
Bəli, bu sözlərdən sonra danışmaq çox çətin idi.

APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

Rəvan Nurayevin adına Muxax kəndinin ən böyük küçəsi verilib. Kənddə yol kənarında şəhidin adına bulaq kompleksi də, var.
“Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medalı ilə təltif edilən Şəhidimiz Muxax kənd qəbirstanlığında dəfn olunub.
Onun haqqında mətbuatda xeyli məqalələr yazılıb, qəzetlər və kitablarda da, yazılıb.
2016-cı il aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Rəvan haqqında ətraflı məqalə verilən “Qalibiyyət Şahidlər və Şəhidlər” kitabı (müəllif Aida Eyvazlı Göytürk) da, işıq üzü görüb.

APREL ŞƏHİDİ  RƏVAN  NURAYEV  VƏTƏN  FƏDAİSİ  İDİ.-video-foto

Bacısı Fatma da, qardaşı haqqında ağızdolusu danışdı. Deyir çox istiqanlı qardaş idi, həm dost, həm ata, həm də, qardaş idi.
Havva ana ilə ayrılan zaman ona dedim ki, həmişə başını belə dik saxla, sənin oğlun namus-qeyrət, ana-bacı isməti, Vətən üçün şəhid olub və biz hamımız, hər bir azərbaycanlı sənə borcluyuq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.

скачать dle 10.6фильмы бесплатно

1 461

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.