ŞƏHİD RUSLAN NƏBİYEV KÖHLƏN ATDAN DÜŞÜB, TANK BELİNDƏ DÜŞMƏNİN ÜSTÜNƏ GETDİ.
ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ APARILAN VƏ ZƏFƏRLƏ BAŞA ÇATAN 44 GÜNLÜK
VƏTƏN MÜHARİBƏSİNDƏ ŞANLI TARİX YAZANLARDAN BİRİ DƏ, ZAQATALALI ŞƏHİD
RUSLAN MUHUMA OĞLU NƏBİYEVDİR.
İkinci Qarabağ savaşı, ”Vətən Müharibəsi” başlanan kimi Azərbaycanın digər qeyrətli oğulları kimi Ruslan da, könüllü olaraq, döyüşə getdi. Ruslan Muhuma oğlu Nəbiyev Zaqatala rayonu Danaçı kəndində doğulub, boya-başa çatıb. Ailənin tək oğul övladı olub. Muhuma və Layuza xanımın bir oğlan, bir qızları olub. Ruslan evin böyük usage, Xacay isə sonbeşiyi olub.
Ruslan 2002-2013-cü illərdə Zaqatala rayonu Danaçı kənd bir saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirən kimi işləməyə başlayıb ki, atasına dəstək olsun. Bir müddət Rusiyaya da, şörəkpulu qazanmağa gedib. Daha sonra geri qayıdaraq Məcid adlı iş adamının yanında, fındıq email zavodunda işləməyə başlayıb. (Şəhid olduqdan sonra Məcid müəllim ailəyə maddi və mənəvi dəstək olub.)
Elə ki, Azərbaycan Respublikasında səfərbərlik elan olundu, Ruslan da, dərhal səfərbərlik idarəsinə gedərək, vətənin müdafiəsinə hazır olduğunu bildirib. Anası deyir ki, bizə dedi ki, bir sənəd var, ona imza atıb gələcəyəm. Günorta namazını qılıb getdi, bir də, eşitdik ki, Mingəçevir şəhərindədirlər.
Beləliklə də, sentyabırın 21-də Ruslan döyüşə gedib və oktyabırın 3-də, sonuncu dəfə evlə, anasıyla telefonla danışıb:” Bizə dedi ki, iki günə evə gələcəyəm, biz təlimdəyik. O, heç vaxt döyüşdə olduğunu bizə demirdi, hər dəfəsində deyirdi ki, çox aralıda və təlimdəyik. “
Atası Muhuma kişi deyir ki, biz Ruslanla təkcə ata-bala deyildik, həm də, dost olmuşduq:” mən əməliyyat olunduğuma görə ağır işlərdə işləyə bilmirdim. O, da məni ağır işlərə qoymazdı, deyirdi sən həyətdə-bacada mal-heyvana bax, yetər, mən özüm ağır işlərdə işləyəcəyəm. Biz onunla təkcə ata-bala olmadıq. Mən onu heç vaxt adıyla çağırmazdım, oğul deyə çağırardım. Çox güclü, qorxmaz, cəsarətli, həm də, tərbiyəli uşaq idi. Kənddə heç kim deyə bilməz ki, Ruslan sözə qulaq asmayıb. Yaxşı at sürməyi varıydı. Atı çox sevirdi, uzun məsafələrə belə at çapar, digər insanların da, diqqətini özünə cəlb edərdi.”
Bacısı Xacay deyir ki, mən ondan ötrü çox darıxıram:”balaca qızım Zeynəb hər gün soruşur ki, dayım haradadır? Qardaşım uşaqlıqdan çox sakit uşaq idi. İdmana çox meyilli biri idi. Həyətdə bütün günü məşq edirdi. Ağırlıq qaldırma ilə məşğul idi. Siqaret çəkmirdi, spirtli içki içmirdi, qardaşım namaz qılan, ibadət edən biri idi. Bacı qardaş kimi sirdaş, məsləkdaş olmuşuq. O, heç vaxt yalan danışmazdı, bir dəfə yalan danışdı, o da, müharibədə olduğunu bizdən gizlətdi.”
Ruslanın yaxşı at çapmağı da, varıymış, at çapdığı yerdə videoları da, var. O, köhlən atını, Dəmir Tanka dəyişdi. Döyüş yoldaşlarının dediyinə görə minamyotdan çox sərrast atırmış.
Ruslan Nəbiyev Oktyabır ayının əvvəlində Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıq göstərib. Ruslan Nəbiyevlə Suqovuşan döyüşlərindən sonra əlaqə saxlamaq mümkün olmayıb. Məhz Suqovuşan uğrunda gedən qanlı döyüşlərdə də, şücaət göstərərək, qəhrəmancasına şəhid olub. Dekabırın 8-də isə, Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.
Şəhid qəhrəmanımızı oxucularımızla yaxından tanış etmək üçün, onun haqqında bildiyimiz qıssa məlumatı oxucularımıza təqdim edirik:” Ruslan Muhuma oğlu Nəbiyev 1996-cı il iyulun 16-da Zaqatala rayonunun Danaçı kəndində anadan olub. 2002-2013-cü illərdə 1 nömrəli Danaçı kənd tam orta məktəbində təhsil alıb. Ruslan Nəbiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Ruslan Nəbiyev 2020-ci il sentyabrın 21-dən sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Əsgər Ruslan Nəbiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Daha sonra 15-12-2020-ci ildə “Vətən Uğrunda” və 24-06 2021-ci ildə “Cəsur Döyüşçü” medallarına layiq görülüb.”
Zaqatala rayonu Danaçı kəndində minamyotçu kimi ad qazanan şəhidimizin adına bulaq kompleksi tikilib.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.