ŞƏHİD AİLƏLƏRİ POLİS RƏİSİNDƏN DAHA ÇOX RAZI OLDUQLARINI BİLDİRİRLƏR.
”Bəli oxuyub, öyrənib vəzifə sahibi olmaq olar, ancaq günümüzün reallığı budur ki, “Kişi” olmaq çox çətindir.
Vəfadar Orucovun kişilik nümunəsi göstərməsi, həm də, vəzifə sahibi olaraq, bunu qoruyub saxlaya bilməsi
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.”
Əlmaniz Ələkbərli: Baş redaktor
Məlum olduğu kimi artıq ikinci ildir ki, ermənilər tərəfindən işğal altında qalan torpaqlarımıza qovuşmuşuq, bunu bizə yaşadan Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri olub. Zəfərlə başa çatan 44 günlük “Vətən Müharibəsinin” qəhrəmanlarından olan Şəhidlərimizi xatırlamaq, onların ailələrinə baş çəkmək hər bir qeyrətli Azərbaycan oğlunun vətəndaşlıq borcu olduğu kimi, bizim də, borcumuzdur. Bu minvalla bir ziyalı kimi yaşadığım Zaqatala rayonundan olan İkinci Qarabağ savaşı, “Vətən Müharibəsində” şəhidlik zirvəsinə ucalanların ailələrinə baş çəkdik. Ürəyi yaralı ataların, gözləri yaşlı ana və həyat yoldaşlarının, hələ dünyanın gediş-gəlişini anlamayan, ancaq atasının şəkili ilə yatıb-duran və tezliklə gələcəyini ümidlə gözləyən körpələrin gözlərinə baxmaq çox çətin idi. Qürur yerimiz olan Şəhid ailələrinin problemləri ilə bağlı, onların daha çox kimlər tərəfindən yad edildiyi və lazım olduğu anda dəstək olmasından sual etdik. İlk müsahiblərimdən biri Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun atası Məhəmməd Səmədov bu barədə ətraflı danışdı:”bizim rəis, çox yaxşı insandır. Oğlumun şəhid olması, XTQ komandiri olması və tez-tez tədbirlərdə iştirakım, məni məmurların necə olması, özlərini ictimaiyyət arasında necə aparmalarından hali etdi. Vəfadar Orucov gördüyüm məmurlar arasında yeganə insandır ki, mənim üçün ideal rəisdir. Mən ağsaqqal adamam, bu yaşımdan sonra kimlərəsə tərif deyib, yaranmaq fikrim də, yoxdur. Ancaq gərək kişi, olduğunu, gördüyünü insafən, həm də, kişi kimi düzünü desin. Vəfadar Orucov çox səmimi və sözünün ağası olan bir kişidir. Bəli, kişidir, ilk öncə onu deməyi özümə borc bildim, həm də, çox hörmətli rəisdir. Bunu sadə insanların, yəni özüm kimi camaatın dili ilə deyirəm. Belə ki, heç vaxt nahaqdan kimlərinsə həbsinə imkan vermir, onun işi cinayətkarlarladır, əslində bu belə də, olmalıdır. Ancaq siz də, gözəl bilirsiniz ki, çox vaxt bu belə olmur. Odur ki, bizim rəis rayonumuza gələn gündən Daxili İşlər naziri Vilayət Eyvazova və Prezident İlham Əliyevə nə qədər sədaqətli olduğunu əməli işi ilə sübut edib. “
Mən Zaqataladan olan “Vətən Müharibəsi” Şəhid ailələrinin təxminən on səkkizi ilə görüşmüşəm. Bir neçəsi şəhid oğlundan sonra ikinci oğlunu polis orqanlarına işə götürüldüyünü də, bildirdi.
Şəhid Nail Abakarovun atası Müzəffər Abakarov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Onunla müsahibə zamanı bunları dedi:”Mən 25 il Rusiyanın Kazan şəhərində yaşamışam, Nail də, orada dünyaya gəlmişdi. Vətənə kişilik borcunu vermək üçün, Azərbaycana gəldi və “Vətən Müharibəsində” şəhid oldu. Bu arada çox məmurlar gördüm, ancaq polis rəisi kimi sözünün ağası olanını görmədim. Nə deyim, nə deputat, nə də, ki, başqaları, hamısı baş sağlığında ağız dolusu danışmaqla işlərini bitmiş hesab etdilər.
Prezident İlham Əliyev demişdir ki, Şəhid ailələri, qazilərimiz ilk növbədə işlə təmin olunmalıdır. Prezidentimizin bu fikirlərini yalnız Vəfadar Orucov reallaşdırdı, mənim böyük oğlumu polis orqanlarına işə qəbul etdi. Mən çox demokratik olmuşam və sözün düzünü deyən biriyəm. Bu insan digər məmurlar kimi yalandan telefon nömrəsi verib, sonradan zənglərə cavab verməyənlərdən olmadı. Demək ki, öz nazirinə sədaqətlidir, belələri çox azdır, ancaq var və bizim də, diqqətimizdə dayanırlar.”
Tək övladını Vətənə qurban edən analar da, Zaqatala RPŞ-nin rəisi haqqında xoş sözlər dedilər, əsasən hər hansı bir çətinliyə düşən zaman ümid yeri kimi rəisə zəng edə biləcəklərini əminliklə dedilər.
Əslində polis əsasən cinayətkarlıqla mübarizə apardığı və asayişin qorunmasına xidmət etdiyinə görə, bəzən xəta törədənlərin yaxınları bu qurumdan narazılıq edirlər. Ancaq həssas təbəqədən olan Şəhid ailələri və qazilərimizin məhz polis rəisindən faktlar göstərməklə məmnun olduqlarını deyəndə istər-istəməz adamda bu quruma qarşı xoş təəssürat yaradırlar.
Şəhidlər ölmürlər, onlar unudularlarsa ölərlər deyiblər. Odur ki, yazıçı jurnalist kimi onların haqqında materialları toplayıb kitab hazırlamaq, onların haqqında dolğun informasiya dolu bir əsər yaratmaq istəyirəm. Bu minvalla demək olar ki, hər gün bir şəhid ailəsinə baş çəkirəm. Görüşdüyüm ailələrin 90% sual vermədən belə onlara ən çox diqqət göstərən Zaqatala RPŞ-nin rəisi Vəfadar Orucovun olduğu bildirildi.
Şəhid ailələri ilə həmsöhbət olduğum vaxtı dediyim bir fikri olduğu kimi yazıram:”Bəli oxuyub, öyrənib vəzifə sahibi olmaq olar, ancaq günümüzün reallığı budur ki, “Kişi” olmaq çox çətindir. Vəfadar Orucovun kişilik nümunəsi göstərməsi, həm də, vəzifə sahibi olaraq, bunu qoruyub saxlaya bilməsi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.”
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.