ŞƏHİD ANASI RAYON RƏHBƏRİNƏ TƏŞƏKKÜRÜNÜ BİLDİRDİ.
ŞƏHİD VÜSAL RAMAZANOVUN ANASI FATMA RAMAZANOVA ZAQATALA RAYON İCRA HAKİMİYYƏTİNİN
BAŞÇISI MÜBARİZ ƏHMƏDZADƏYƏ MİNNƏTDARLIĞINI BİLDİRDİ:” PREZİDENTİMİZ İLHAM ƏLİYEVƏ
MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM, ONUN TAPŞIRIQLARI RAYONDA YÜKSƏK SƏVİYYƏDƏ İCRA OLUNUR. MƏN
AİLƏ BAŞÇISINI İTİRMİŞ VƏ İKİ OĞLAN UŞAĞI İLƏ QALMIŞDIM. VÜSAL ŞƏHİD OLANDAN SONRA VALİDLƏ
KÖMƏKSİZ QALDIQ. MÜBARİZ MÜƏLLİM BİZİM AİLƏMİZƏ AĞSAQQAL QAYĞISI GÖSTƏRDİ, OĞLUMUNDA,
FHN-NİN YERLİ QURUMUNDA İŞƏ DÜZƏLMƏSİNƏ DƏSTƏK OLDU.
ZAQATALADA QURULAN ZƏFƏR PARKI RAYONA XÜSUSİ GÖZƏLLİK VERMƏKLƏ YANAŞI, HƏM DƏ, ÖZƏLLİYİNƏ GÖRƏ RESPUBLİKANIN BÜTÜN BÖLGƏLƏRİNDƏ QURULMUŞ ZƏFƏR PARKLARINDAN SEÇİLİR.
İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlanan kimi Azərbaycanın bütün qəhrəman oğulları dərhal ayağa qalxdılar, səfərbərlik idarələrinin qarşısı insan izdihamı ilə dolu idi. Uşaqdan böyüyə, qadın-kişi hamı döyüşə getməyə düşmən tapdağı altında qalan torpaqlarımızı azad etməyə tələsirdi. Sanki hər bir vətəndaşımız bu şanlı tarix yazılan günlərdə özünün də imzasını yazdırmaq istəyirdi. Respublikanın hər yerində olduğu kimi Zaqatala rayonu səfərbərlik idarəsinin qarşısında insan izdihamı yaşanırdı. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də, səhərə kimi səfərbərlik idarəsinin qarşısında dayanaraq gənclərə dəstək olmuşdu. Həmin vaxtı rayon rəhbərinə baxıb, örnək götürərək, bütün yerli məmurlar orada idilər. Və sonradan rayon ictimaiyyəti bunu çox yüksək qiymətləndirdi.
Beləliklə də, 44 gün davam edən İkinci Qarabağ savaşı “Vətən müharibəsi”ndə Azərbaycan itirilmiş torpaqlarını erməni cəlladlarının əlindən geri ala bildi.
Cənab Prezident dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Şəhid ailələri, qazilərimiz və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilməlidir. Şimal-qərb bölgəsində Şəhid ailələrinə ən çox diqqət və qayğını Zaqatalada görmüşəm. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Vətən müharibəsi başlanan gündən Zəfər gününə kimi rəhbərlik etdiyi kollektivlə birgə səfərbər olmuşdu. Bunu danmaq günah olar. Rayona gələn hər bir Şəhid xəbərinə valideynlərlə bərabər həssaslıq göstərən rayon rəhbəri çox vaxt ağsaqqalığı da, öz üzərinə götürürdü. Cavan övladlarını itirən valideynlərlə birgə o sarsıntını yaşayırdı desək, yanılmarıq.
Bu gün isə həmin ailələrin qayğısına qalmaqda davam edir. Bu günlərdə şəhid ailələri ilə keçirdiyimiz görüşlər zamanı ən çox adı hallanan rayon rəhbərinin xüsusi diqqət və qayğı göstərməsidir. Şəhid Vüsal Ramazanovun anası Fatma Ramazanova ilə görüş zamanı Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə öz minnətdarlığını bildirdi:”Bilirsinizmi oğlum Vüsal hərbi xidmətə gedəndən bir həftə sonra atası dünyasını dəyişdi. Sonradan ailənin ağsaqqallığını Vüsal öz üzərinə götürmüşdü. İkinci Qarabağ müharibəsində Vüsal Şəhidlik zirvəsinə ucaldı, ailə çox çətin vəziyyətdə dolanırdı. İcra başçımız Mübariz Əhmədzadə bundan xəbər tutan kimi bizə dəstək verərək, ikinci oğlumu FHN-nin yanğınsöndürən alayına işə düzəlməsinə dəstək verdi. Beləliklə də, ailənin ağsaqqallığını ikinci və yeganə övladım Valid öz üzərinə götürdü. Buna görə də, Prezidentimizə çox minnətdaram ki, onun rəhbərliyi ilə rayonlarda da, bizim kimi ailələrə diqqət göstərirlər.”
Hesab edirəm ki, bu gün hər bir Azərbaycanlının vəzifəsindən, yaşından, tutduğu mövqeyindən asılı olmayaraq, Şəhid ailələrinə mənəvi dayaq durmaq borcu var. Onların qəlbi kövrək, çox həssasdırlar. Bu barədə Zaqatala rayon rəhbərliyinin etdiklərini danmaq olmaz.
Allah Şəhidlərimizə Rəhmət Eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin üzvü.
514