ZAQATALA MEŞƏÇİLƏRİ NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ BİR HEKTAR AKASİYA ƏKİBLƏR.
Diaspor.info saytının verdiyi məlumata əsasən, bu gün səhər tezdəndən Zaqatala regional meşə təsərrüfatı mərkəzinin kollektivi daha bir hektar əraziyə akasiya tingləri basdırıblar. Əkilən bir hektar yeni meşə zolağı suvarılmaqla bu günün işinə yekun vurulub.
2022-ci ilin yaz əkinlərini sürətlə davam etdirən ZRMTM-nin kollektivi bir neçə gün əvvəl meşə ağaclarının bir neçə fərqli növünün əkininini də aparıblar.
Bu günkü əkin Zaqatala şəhərinə yaxın bir ərazi olan, Əliabad meşəbəyiliyinin ərazisində aparılıb.
Bu günkü əkinlər Novruz bayramı münasibətilə aparılmışdır.
294