AZƏRBAYCAN BAYRAĞINA VƏ DÖVLƏT SÖZÜNƏ HÖRMƏTSİZLİK EDƏN KOLLEC RƏHBƏRLİYİ TƏHSİL NAZİRLİYİNİ SAYMIR?!
PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI İSLAHATLARA QARŞI ÇIXAN, BAYRAĞIMIZA, ŞƏHİDİMİZƏ HÖRMƏTSİZLİK EDƏN KOLLEC RƏHBƏRİNİ VƏZİFƏDƏ SAXLAMAQLA EMİN ƏMRULLAYEV NƏ DEMƏK İSTƏYİR?!
ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV ŞƏHİD ANASINI BAĞRINA BASDIĞI, ONUN QAYĞISINA QALMAĞI TAPŞIRDIĞI BİR HALDA TƏHSİL MÜƏSSİSƏSİNİN RƏHBƏRİ ŞƏHİD TƏLƏBƏSİNİN ADINA HÖRMƏTSİZLİK ETMƏKLƏ TƏHSİL NAZİRLİYİNİN İŞİNƏ LƏKƏ GƏTİRMİR?!
Azərbaycan bir çox sahələrdə, o cümlədən təhsil sahəsində də, güclü inkişaf edib və bu gün də, etməkdədir. Bunu danmaq insafsızlıq olardı, bu gün ucqar dağ kəndlərində elə orta məktəb binaları tikilib ki, qonşu ölkələrdə Universitet binalarından daha yaxşı və şəraitlidir. Ancaq bununla yanaşı rəhbərin səriştəsizliyindən pis günə qalan təhsil müəssisələri də, az deyildir. Zaqatala Dövlət İdarəetmə Və Texnologiya kolleci də, belə təhsil müəssisələrindəndir desək, yanılmarıq. “Dədə Qorqudda” belə bir deyim var, “Torpağı Qoruya Bilmirsənsə Onu Əkməyə, Əkə Bilmirsənsə Onu Qorumağa Dəyməz”!
Əslində ulu Dədə qorquddan çox ibrətamiz bir sözlərdi ki, gəlib bu günümüzə çıxıbdır.
Şəhid ailələri ilə görüşlərin birində XTQ şəhidinin doğmaları mənə dedilər ki, onların övladlarının oxuduğu təhsil müəssisəsində nəinki onun adına bir guşə, vəyaxudda iri portret asılmayıb, hətta Zəfər gününə həsr olunmuş tədbirdə şəhidin adı belə çəkilməyib. Yolboyu düşündüm ki, ilahi, yəni yenədə bizim içərimizdə ermənilər qalıb?, həm də, vəzifədə? Düşündüm ki, öz övladlarını min bir bəhanəylə döyüşdən yayındıran rəhbər işçilər nə haqqla şəhidin adını çəkmirlər?
Belə məlum oldu ki, xeyir, Zaqatala Dövlət İdarəetmə və texnologiyalar kollecinin direktoru erməni deyilmiş, hətta onun doğulub, boya-başa çatdığı Qımır kəndi ən çox hərbiçi yetişdirən kəndlər siyahısındadır. Ancaq bizə və şəhid qəhrəmanımızın ailəsinə də, məlum olmayan səbəblərdən şəhidin portretini asmağa icazə vermir, onun rəhbəri olduğu təhsil müəssisəsinin belə bir qəhrəman yetişdirməsi ilə bağlı heç bir təbliğat işləri aparmır.
Bundan əlavə tədbirlərin heç birində saymaqla qurtarmayan medallara sahib, xüsusi təyinatlı Laçınov Əhməd Qurban oğlunun adını çəkmir. Bəlkə də, bu ona görədir ki, onun doğmalarından şəhid yoxdur?!
Bu məsələdə vəzifəsindən asılı olmayaraq, vicdanımızın səsinə qulaq asmalıyıq, vəssalam!
Hörmətli Təhsil Nazirimiz Emin Əmrullayev cənablarının isə nədənsə bu mövzuyla bağlı heç səsi çıxmır.
Cənab nazir, müəssisənin adında Dövlət sözü var, ona hörmət etmək hər birimizin borcudur, yox əgər dövlətə, dövlətçiliyə sədaqətiniz belədirsə, onda üstündə qan tökdüyümüz bayrağımıza hörmət edin. Şagird orta məktəbdə şuluq etdiyinə görə az qalırsınız direktoru həbs etdirəsiniz, bəs bu hadisəyə niyə reaksiya vermirsiniz? Burada dövlətimiz, bayrağımız təhqir edilir, şəhidimizin portretini gizlədərək, ona hörmətsizlik edilir, belələrinə himayədarlıq edirsiniz?
Düzünü desəm, heç inanmağım gəlmir, Prezident İlham Əliyevin apardığı islahatlara kölgə salanlara sizlər də, himayədarlıq edəsiniz. Bu direktorun bir qutu rəng alıb, Dövlət sözünü vəyaxudda Azərbaycan Bayrağını rəngləməyə imkanı yoxdursa, maliyyə yoxlamasının vaxtı çatıbdır. Mən davamiyyət, təhsilin keyfiyyətindən danışmaq istəmirəm, çünki özümü oxucularıma güldürmək istəməzdim.
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhid anasını bağrına basır, onun qayğısıyla məşğul olmağı hər bir məmura tapşırır, Təhsil nazirliyinin rəsmiləri onun tapşırıqlarına qarşı çıxır?!
Görünür ki, kənddə təndir-əsər qəzetini çap edən nənələr demişkən hər şeyin haqqı var?! Cənab Emin müəllim, belə çıxır ki, sizin yerdəki işçiniz sayılan kollec direktoru Azərbaycan bayrağına, Dövlət sözünə, ən nəhayət XTQ cəngavəri olan şəhidimizə hörmətsizlik etsə olar, təki sizin xoşunuza gəlsin?!
Hərdən Naxçıvanda YAP sıralarına daxil olduğum 90-cı illəri xatırlayıram, Ümummilli liderimiz Heydər Əliyevin ətrafında vuruşduq ki, onun siyasi varisinə, onun qoyduğu qayda-qanunlara zidd gedənlər, Azərbaycan bayrağına, onunşəhidinə hörmətsizlik edənlər at oynatsınlar?
Düzdür suallarımız cavabsızdır, çünki təhsil nazirliyinin mətbuat xidməti ancaq onlayn, əsasən də, yazışmalarla işləyir. Azərbaycanda bu qurumun mətbuat xidməti qədər əlçatmaz bir xidmət yoxdur.
Mövzunun aktuallığını nəzərə alaraq, məsələni diqqətimizdə saxlayacağıq.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
999