SUVAGİL KƏND 1 SAYLI TAM ORTA MƏKTƏBİ BÜTÜN GÖSTƏRİCİLƏRİNƏ GÖRƏ RESPUBLİKADA SAYILIB-SEÇİLƏN TƏHSİL OCAĞIDIR.
Gəzdiyim bütün dövlətlərdə ən çox ziyarət etdiyim yerlərdən biri də, təhsil ocaqlarıdır, desəm yanılmaram. MDB ölkələri və Şərqi Avropa ölkələri, Türkiyə, hətta İranda belə təhsil ocaqlarını ziyarət etmişəm. Bu günə kimi gördüyüm ən yaxşı təhsil müəssisələrindən biri də, Zaqatala rayonu Suvagil kənd bir saylı tam orta məktəbidir. Bu həmin təhsil ocağıdır ki, istər Birinci Qarabağ savaşında, istər də, İkinci Qarabağ savaşı “Vətən Müharibəsində” şəhidlər verib, qəhrəman oğullarını vətənin müdafiəsinə hazırlayıbdır. Məktəbin elə yetirmələri olub ki, Qarabağ savaşında erməni cəlladları tərəfindən başına külli miqdarda pul da, qoyulub.
Əminliklə deyə bilərəm ki, bu təhsil ocağının binası bir çox xarici dövlətlərdə gördüyüm təhsil ocaqlarından daha yaxşıdır. Məktəb direktoru tanıdığım direktorlar arasında çox az sayda olan, adına-sanına, yaşadığı yerdə böyük nufuzuna görə seçilənlərdəndir. Belə ki,
Abdurrahman Soltanov öz ata-babasının, təhsil fədaisi olmuş əcdadlarının davamçısıdır. O, bu vəzifədə soy kökünün peşəsini davam etdirmək və müəllim peşəsinin vurğunu olduğuna görə işləyir. Abdurrahman müəllim təkcə Zaqatala rayonunda deyil, respublikamızın təhsil ocaqları arasında ən çox şəhidlərlə bağlı iş görən rəhbərdir, desək, yanılmarıq. Birinci Qarabağ və İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” , Azərbaycan dövlətinin suverenliyi uğrunda şəhid olanların hər biri haqqında geniş məlumat axtarmaq istəsən Suvagil məktəbində rahatlıqla tapmaq olar. Suvagil kəndində yaşayan bütün Şəhid anaları ilə keçirdiyimiz görüş zamanı bunun bir daha şahidi olduq.
Əslində onun təşkil etdiyi çay süfrəsində bütün təamlar var idi, ancaq süfrəyə gözəlliyi Şəhid anaları verirdi. Bizim baş tacımız olan hər bir suvagilli şəhid yaxını məktəb direktorunun onlarla mütəmadi əlaqə saxladığını və onlara dəstək verdiyini xüsusi olaraq, bildirdilər. Şəhid valideynləri ilə görüşümüzdə onların övladları haqqında geniş məlumat toplayaraq, ana-bacı və digər yaxınlarıyla həmsöhbət olduq.
Bir daha bütün şəhidlərimizi yad etdik, ruhlarına dualar etdik.
Bütün bu şəraiti bizə yaratdığına görə Suvagil kənd bir saylı tam orta məktəbinin direktoru Abdurrahman Soltanova dərin minnətdarlığımızı bildiririk.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.