ŞƏHİD ATASI:-BALAKƏN POLİSİ ŞƏHİD AİLƏLƏRİNƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlayan gündən şanlı Azərbaycan ordusu sürətlə irəliləməyə başladı. Məlum məsələdir ki, hücum edən tərəfin itgidən qaçması mümkünsüzdür. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmi 44 gün ərzində düşməni döyüş meydanında diz çökdürərək, kapitulyasiya aktına imza atmağa məcbur edən Müzəffər Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Bu şanlı qələbəmizdə Şəhidlərimizə xüsusi olaraq borcluyuq. Cənab Prezident İlham Əliyevin Şəhid anaları ilə hər bir görüşündə onlara xüsusi diqqət göstərməsi, digər məmurlarımızın da, bu yöndə ayrıca iş aparmasına gətirib çıxarıb.
Balakən rayonunun Vətən Müharibəsində verdiyi şəhidlərin ailələri ilə həmsöhbət olarkən bunun bir daha şahidi olduq. Bu gün Azərbaycan dövləçiliyinə və şəxsən Prezident İlham Əliyevə sədaqəti ilə seçilən və bunu əməli işləri ilə sübut edənlərdən biri də, Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov cənablarıdır. Belə ki, Balakən rayonu Qabaxçöl qəsəbəsində şəhid ailələri ilə görüşümüz zamanı Şəhid valideynlərinin polislə bağlı xüsusi minnətdarlığını eşitdik: “biz Vətən yolunda oğul itirmişik, bu torpaqların bütövləşməsi üçün canımızdan artıq sevdiyimiz övladımızı vətənimiz Azərbaycana qurban vermişik. Bu gün bizim diqqətə, qayğıya ehtiyacımız çoxdur, bu bəlkə də, bizə bir müddətlik dərd-sərimizi unutmağa kömək edir. Bu xoş anları bizə
Balakən RPŞ-nin rəisi Çingiz Aslanovun komandası tez-tez yaşadır. Bilirsinizmi, bizlər Çingiz müəllimlə tez-tez təmasda olmasaq da, onun xidmət üzrə müavini Elxan Zamanovla görüşürük və dərdimizi ona deyirik. Elxan müəllim həmişə rəisə ünvanlayacağımız hər hansı bir təklifi, xahişi əgər həlli mümkünsə yerindəcə, dərhal həll edir. Bəs bu DİN-nin nümunəvi fəaliyyəti deyilmi?, hamı bilir ki, Cənab Nazirin, yerlərdə isə Polis rəislərinin icazəsi olmadan özbaşına bizim ailələrə heç kim baş çəkməz. Ona görə ki, onlar hüquq-mühafizə orqanlarının işçiləridirlər.
Rəsmi polis formasında evlərimizə qonaq gəlməklə, bizləri nə qədər sevindirirlər. Bu yaxınlarda bizim əsas bayramlarımızdan olan “Novruz Bayramında” Balakən RPŞ-nin DYPB-nin rəisi İlkin Hümmətov bizim qonağımız oldu. Qabaxçöl qəsəbəsinin sakini kimi deyə bilərəm ki, qəsəbədəki bütün Şəhid ailələrinə baş çəkilib. Biz İlkin müəllimin üzündə bir qardaş sevgisi gördük. Bilirsinizmi, bir məmurun öz vəzifəsi naminə şəhid ailəsinin qapısını, sanki məcburən açır kimi gəlişi o saat hiss olunur. İlkin müəllimlə həmsöhbət olduq, danışmaqla doymurduq. Bizlərə o qədər diqqətlə yanaşdı ki, daha onu öz övladımızdan belə seçmirik. İlkin müəllim RPŞ-nin rəisi Çingiz müəllimin təbriklərini bizə çatdıran zaman düşünürdük ki, bu da bəzi məmurlar kimi hədiyyəni verib, öz işini bitmiş hesab edəcəkdir.
Ancaq bu belə olmadı, bizimlə söhbəti o qədər qiymətli idi ki, onun gətirdiyi hədiyyələr, Novruz sovqatı ikinci mərhələyə keçdi. Biz Şəhid valideynlərinin daha çox diqqətə, qayğıya, bəzən də, adi söhbətə böyük ehtiyacımız vardır. Bunu, bu boşluğumuzu doldurduğuna görə, başda Preziden İlham Əliyevə, Cənab nazirimiz Vilayət Eyvazova və Balakən RPŞ-nin rəisi Çingiz Aslanova, onun müavini Elxan Zamanova və ən nəhayət İlkin Hümmətova dərin təşəkkürümüzü bildiririk. “
Şəhid Ömər Qurdayevin atası Şəhmir Qurdayevlə söhbət zamanı onun dövlətimizdən, yerli məmurlardan razılıq etdiyinin şahidi olduq. Bütün bunlara nail olduqlarına görə bir ziyalı kimi başda Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına və Balakən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov başda olmaqla onun kollektivinə dərin minnətdarlığımızı bildiririk.
Şəhidləri yad etmək, onların ailələrinə baş çəkmək hər birimizin borcudur.
Allah Şəhidlərimizə Rəhmət Eləsin!
Əlmaniz Ələkbərli.
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
611