MƏŞHUR PULEMYOTÇU -- ŞƏHİD HƏMİD HACIYEV TƏHSİLİNİ YARIMÇIQ QOYUB VƏTƏNƏ KİŞİLİK BORCUNU ÖDƏMƏYƏ GETMİŞDİ.
ZAQATALA GƏNCLƏRİ ARASINDA HƏMİD HACI OĞLU HACIYEVİN XÜSUSİ YERİ OLUB.
Biriinci Qarabağ savaşı başlanan kimi Hacıyev Həmid Hacı oğlu da, erməni qəsbkarlarına dərs vermək üçün cəbhəyə can atırdı. Ancaq hələ yetərincə yaşı olmadığı üçün Azərbaycan qanunları buna imkan vermirdi. Nəhayət səbirsizliklə gözlədiyi gün Həmidi də, döyüş bölgəsinə apardı.
Əslində Həmidin yaşı qanunla hərbi xidmət yaşına çatsa da, o təhsil aldığına görə buna qanun yol vermirdi. Odur ki, Həmidin iki seçimi qalmışdı, “Təhsil-yoxsa Vətən?”, əlbəttə ki, Həmid Vətəni seçdi. Hələ azyaşlı olmasına baxmayaraq, Ana Vətəni qorumaq, erməni cəlladlarının murdar ayaqlarını sındırmaq üçün cəbhəyə getməyə can atan şəhidimiz, vətənin keşiyində dayanmağı seçdi. Sevib-seçdiyi və uğrunda canından keçməyə hər an hazır olduğu vətən yolunda da, Şəhidlik zirvəsinə ucaldı.
Hacıyev Həmid Hacı oğlu haqqında bildiklərimizi oxucularımıza təqdim etdik, onun oğmalarıyla söhbət etmək məqsədilə Şəhidimizin anası Mesed xanimla həmsöhbət olduq: Hacıyev Həmid Hacı oğlu 1977-ci il aprelin 5-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. O, Tala 2 saylı orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra Zaqatala Poltexnik Texnikumunda oxuyub. Vətənin çağırışıyla, əsasən də, özü könüllü olaraq, təhsilini yarımçıq qoyub müharibəyə getdi. 1995-ci il iyulun 4-də Bakıda üç ay xidmət etdikdən sonra, Ağdama getdi. 1997-ci il may ayının 17-də elə Ağdamda da, şəhid olmuşdur.
Əsgərlikdə olanda tez-tez məktub yazardı. Məktubunda həmişə qeyd edirdi ki, Ana mənə görə narahat olma, kişi əsgər olmalıdır, vəssalam.
Özü də, çox qeyrətli oğlan idi. 3 oğul övladım vardı, İlk övladım Həmid idi. Subay idi.
Bir dəfə komandiri ilə bizə gəlmişdi. Ana ürəyidir də, oğluma rahat olsun deyə, komanirə dedim ki, ay komandir, oğlumu yeməkxanaya sala bilərsiniz?
Həmid söhbətimizi eşidib qaça-qaça gəldi ki, Ana ayıb deyil? Mən necə kişiyəm ki, döyüşmək əvəzinə mənə rahat olsun deyə, gedib yemək bişirəcəm?!
Həmin vaxtlar mən rayonumuzda tibb baçısı işləyirdim. Ona görə də, oğlum məndən çox şeylər öyrənmişdi.
Komandir deyirdi ki, günlərin birində yaman soyuqlamışdım, səngərdə yatırdım. Çox ağır xəstə idim, sizin oğlunuz mənə iynə vurdu və qıssa müddətdə sağaldım. Soruşdum ki, sən iynə vurmağı hardan bilirsən? Dedi ki, anam tibb bacısıdir ona görə bilirəm.
Evə gəlmişdi dedim ki, gəl ad gününü qeyd edək, sabah gedərsən. Dedi ki, biz də, cəbhədə şəhidlərimizin ad gününü yığışıb bir yerdə qeyd edirik. Ancaq sağ olanlar əsgər yoldaşları ilə birgə cəbhədə qeyd edirlər.
Mən əvvəldən xeyli tibbi ləvazimatlar yığmışdım, onu da, oğlumla cəbhəyə göndərdim. Oğlum dar gündə həkimlik də, edirdi. Həmid pulemyotçu olub. Deyirdi ki, ermənilər tez-tez bizimlə raçiyayla danışır və qorxudurdular. Mən dedim ay oğul qorxmursan? Dedi ki, məndə pulemyot var heç kimdən qorxmuram.
Vətən Müharibəsi başlanan kimi Müzəffər Azərbaycan əsgəri cəmi 44 ərzində erməni cəlladlarının dizlərini sındırdı. Onlara döyüş meydanında əsil kişilik dərsi verdilər. Birinci Qarabağ savaşında şəhid olanların, o cümlədən Həmid Hacıyevin də, ruhu şaddır, çünki uğrunda şəhid olduqları Vətən torpaqları azaddır.!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.