ŞƏHİD MƏCİD BALAYEV VƏTƏNİ ÖZ CANINDAN ÇOX İSTƏYƏN QƏHRƏMANLARIMIZDANDIR.
İkinci Qarabağ savaşı “Vətən Müharibəsi “ başlayan gündən Qarabağ uğrunda şəhid olan bütün şəhidlərimizin ruhu şad olmağa başladı. Cəmi 44 gün çəksə də, ermənilər Azərbaycan xalqının, ordumuzun gücünü gördü. Bu müharibədə döyüşənlərin əksəriyyəti Birinci Qarabağ savaşında qaçqın, köçkün düşən uşaqlar idi. Onların çoxları öz doğmalarını Birinci Qarabağ savaşında itirdikləri üçün ürəklərində qisas hissi aşıb-daşırdı.
Odur ki, bu dəfə döyüş meydanında erməniləri diz çökdürdük. Balayev Məcid Rüfət oğlu da, Birinci Qarabağ savaşında can qoyan qəhrəman Azərbaycan oğullarındandır. Məcid haqqında bildiyimiz bəzi məlumatları oxucularımıza çatdırmaq istəyirik:
Balayev Məcid Rüfət oğlu 22 fevral 1970-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. Tala kənd 1 saylı orta məktəbi bitirdikdən sonra sürücülük ixtisasına yiyələnmişdir. 1992 –ci il oktyabrın 26-da müddətli həqiqi hərbi xidmətə çağrılıb. 1994-cü il yanvarın 17-də Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Zaqatala rayonu Yuxarı Tala kəndində dəfn olunub.
Məcid Balayev haqqında daha geniş məlumat toplamaq üçün Yuxarı Tala kəndinə getdik.
Şəhidimiz haqqında qardaşı Bayramla xeyli söhbətləşdik: Balayev Məcid 1970-ci ilin fevralın 22-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. Tala 1 saylı orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra bir müddət təsərrüfat işləri ilə məşğul olub. 1988-1990-cı illərdə Rusiyada hərbi xidmətdə olub, Krasnodar şəhərində, aviasiyada xidmət edib.
1992-ci ildə könüllü olaraq, müharibəyə getdi. Füzuli rayonu ərazisində baş verən döyüşlərdə fəal iştirak edib. Müharibədən bir neçə ay sonra evə gəldi və getdi Moskvaya işləməyə. Bir il orda işlədikdən sonra yenə də, vətəni Azərbaycana qayıtdı.
Həmin vaxt xalqımız çox çətin vəziyyətdə idi. Bunu görən Məcid, 1994-cü il yanvarın 6-da digər qəhrəman oğullarımız kimi cəbhəyə yollandı.
Yanvarın 17-də qardaşım şəhid oldu.
Əvvəlcə Məcidi Ağcabədidə dəfn etmişdilər.
Biz gedib qardaşımın nəşini öz doğulduğu torpağa gətirdik və Yuxarı Tala kənd qəbirstanlığında dəfn etdik.
Ailədə 5 qardaş, 2 bacı olmuşuq. Məciq 2-ci qardaş idi. Məcid igid, qorxmaz biri idi. Məcid yaralıların evakuasiyası ilə məşğul olan zaman, qizğın döyüşlərin getdiyi bir vaxtda artilleriya zərbəsindən şəhid olub.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
517