RÖVŞƏN TAMİRXANOV DƏFƏLƏRLƏ YARALANSA DA, DÖYÜŞ YOLDAŞLARINI VƏ DÖYÜŞ MEYDANINI TƏRK ETMƏDİ.
Azərbaycan Sovetlər birliyi dövründə azadlığa qovuşan ilk respublikalardandır. Heç nəyə baxmadan sovet əsarətindən canını qurtaran Azərbaycan Respublikası zorla müharibəyə sürükləndi. Mənfur qonşularımız olan ernənilər fürsət güdən tülkülər kimi Qarabağımıza hücum etdilər. İş o yerə çatdı ki, öz havadarlarına arxayın olaraq, Azərbaycn torpaqlarının 20%-i işğal edə bildilər. Həmin dövrdə Azərbaycanın nizami ordusu və silah-sursatı olmadığına görə, xalqımızın qeyrətli oğulları əliyalında
olsa, irəli cəbhəyə getdilər. Belə qeyrətli oğullardan biri də, Zaqatala rayonu Yuxarı Tala kənd sakini Tamirxanov Rövşən Mömin oğludur. Rövşən haqqında daha yaxşı məlumat toplamaq üçün Zaqatala rayonu Yuxarı Tala kəndinə yollandıq. Şəhidimizin bacısı Abdullayeva Gülnarla görüşüb, qardaşı Rövşən haqqında xeyli söhbətləşdik: Tamirxanov Rövşən Mömin oğlu 1970-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. O, Tala 2 saylı orta məktəbi bitirib. Bakida Texnikumda oxuyub.
Səfərbərlik elan olunan vaxtı Vətənimizin digər igid oğulları kimi Rövşən də, müharibəyə getdi. O, Tərtər rayonunda gedən şiddətli döyüşlərdə yaralandı. Buna baxmayaraq cəbhədən yayınmadı və sonuna kimi Qarabağda qaldı. Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itgin düşüb.
Biz 2 bacı və 3 qardaş olmaqla, ailədə 5 uşaq olmuşuq. Rövşən sonbeşiyimiz idi . Subay idi. Anam və qardaşım rəhmətə gedib. Atam isə ağır xəstədir.
Mənə çox söz vermişdi, deyirdi ki, gəlib sənə yaxşı baxacam, səni bir qardaş kimi özüm saxlayacam.
İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlayan kimi Müzəffər Azərbaycan ordusu ermənilərə qan uddurmağa başladı. Heç kimin gözləmədiyi bir Azərbaycan əsgəri döyüş meydanına atıldı və öz gücünü bütün dünyaya sübut etdi.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.