SƏLİM ƏHMƏDOV VƏTƏNİ HƏR ŞEYDƏN ÜSTÜN TUTAN ŞƏHİDLƏRİMİZDƏNDİR.
Birinci Qarabağ savaşı başlayarkən Azərbaycan yenicə müstəqilliyini əldə etdiyi üçün ordusu tam formalaşmamışdır. Odur ki, silah-sursat çox az idi. Buna baxmayaraq, vətənimizin qeyrətli oğulları əliyalın da, olsa vətənin müdafiəsinə qalxdılar. Əhmədov Səlim Nurməmməd oğlu da, vətən yolunda canından keçməyə hazır olan oğullarımızdandır.
Əhmədov Səlim Nurməmməd oğlu 1961-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. Tala 4 saylı səkkizillik orta məktəbini oxuyub, sonra Zaqatala şəhər 1 saylı orta məktəbin 10-cu sinifini bitirib. Orta məktəbdə əlaçı olub. 1980-1982-ci illərdə Moskvada hərbi xidmətdə olub, çavuş idi.
Şəhidimiz haqqında ətraflı məlumat almaq üçün onun həyat yoldaşı Reyhan xanımla söhbətləşdik: Səlim Rusiyanın Norilski şəhərində həm əlvan metalların çıxarılmasında işləyib, həm də, işləyə-işləyə oxuyub, ali təsil almışdir. 1987-ci ildə gəldi kəndə, biz onunla ailə qurduq. Biz 3 il ailə kimi biryerdə yaşadiq. Oğlum 6 aylıq idi, biz Azərbaycana gəldik. Səlim Azərbaycanda koperativ təşkilatı yaratdı. Rusiyadakı evimizi sataraq, əldə etdiyimiz pullarla burada tikinti materiallarının satışını təşkil edərək, bizneslə məşğul olmağa başladı.
Mən Rusiyada olan vaxtı işləyirdim. Uşağa görə 3 il məzuniyyət götürüb gəlmişdim. Həmin vaxtlarda Azərbaycanla ermənistan arasında şiddətli müharibə gedirdi, televizorda könüllüləri göstərirdilər ki, 3-5 ay müharibəyə gedib döyüşüb gəlirdilər. Həmin vaxtı qızım 40 günlük körpə idi. Çox kasıbçılıq olan dövr idi, heçnəyin, nə yemək, nə geyimin tapılmadığı bir vaxtlar idi.
Səlim 1993-cü il yanvarın 8-də Gəncə, Şəmkirdə hazirlaşıb, sonra isə, Ağdərədə xidmət etməyə başladı. Mənim ürəyimə danmışdı ki, o, geri gəlməyəcək. Dözmədim, geri qaytarmaq üçün getdim onun ardınca dedi ki, ayağım böyüklükdə uşaqlar gedib döyüşüb gəlir. Mənə nə olub? Gedib ermənilərin dişini sındırıb, gələcəm. Söz verirəm ki, oğlumun ad gününə gələcəm evə. Komandirini mənə göstərdi, yaşlı adam idi, dedi ki, adına da, Xan deyirik.
20 gün keçmişdi, televizorda göstərdilər ki, Xanın dəstəsi mühasirəyə düşüb. Həmin mühasirədə 170 döyüşçüdən 11 nəfər sağ qalmışdı.
Səlim tankist olub, ancaq qranatomyotçy olmaq üçün məşqlər edib. Səlim Ağdərə rayonunun Vəngli kəndi ərazisində yaralanıb, döyüş yoldaşları görüb ki, yaralıdır ancaq sonra onun haqqında heç bir məlumat olmadı. Qiyas adlı bir adam deyib ki, mən ona yaxınlaşdım dedi ki, mənimki bura qədərmiş, siz gedin deyib, buşlatı başına çəkib. Cibindən nəsə çıxardıb Qiyasa vermək istəyib, ancaq halı olmayıb. Səlim 1993-cü il yanvarın 15-də şəhid olub. Ancaq nəşini gətirmədikləri üçün biz itgin kimi qəbul edirik.
Ailədə 3 qardaş, 2 bacı olublar. Qardaşlarının hərəsi bir xasiyyətdə idi. Rusiyadan gələndə qardaşına ev tikirdilər. Mənə deyirdi ki, qardaşlarıma ev tikək sonra sənə “stenka, mebel “ yığdıracağam. Təhsilə gedən hər kəsə yardım edərdilər. Kənddə xəstələr, şəhid ailələri üçün Xeyriyyə Fondu da, yaratmışdılar.
2 övladımız var. Hər ikisini oxutmuşam. Oğlum Kooperasiya İnstitutunu, qızım isə Tibb Texnikumunu bitirib.
Şəhidimizin ata anası isə rəhmətə gedib.
Səlim sevgi-məhəbbət, Vətənə aid şeirlər də, yazırdı.
İkinci Qarabağ savaşı başlanan günü artıq şəhidlərimizin ruhu şad olmağa başlamışdır. Belə ki, cəmi 44 gün ərzində erməni cəlladlarına müharibə dərsi keçən Şanlı ordumuz, Birinci Qarabağ savaşında şəhid olan soydaşlarımızın qisasını aldılar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.
490