XƏLİL QARƏHMƏDOV QARABAĞA EYNİ GÜNDƏ GETDİYİ DOSTU İLƏ BİR GÜNDƏ DƏ, ŞƏHİD OLDU.
Biriinci Qarabağ savaşı başlanan kimi Qarəhmədov Xəlil Hacıməhəmməd oğlu da, erməni qəsbkarlarına dərs vermək üçün cəbhəyə can atırdı. Ancaq hələ yetərincə yaşı olmadığı üçün Azərbaycan Respublikasının qanunları buna imkan vermirdi. Nəhayət səbirsizliklə gözlədiyi gün Xəlili də, döyüş bölgəsinə apardı.
Şəhid Xəlil Qarahmədovu oxucularımızla yaxından tanış etmək məqsədilə onun haqqında qıssa məlumatı təqdim edirik: Qarəhmədov Xəlil Hacıməhəmməd oğlu 29 yanvar 1975-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur.
Yuxarı Tala kənd 2 saylı orta məkrəbin VIII sinfini bitirdikdən sonra Aşağı Tala kəndindəki 172 saylı texniki-peşə məktəbinə daxil olmuşdur. 1994-cü il yanvarın 12-də Füzuli rayonu uğrunda gedən qızğın döyüşlər zamanı həlak olmuşdur. Zaqatala rayonu Yuxarı Tala kəndində dəfn olunub. Adını əbədiləşdirmək üçün kəndin küçələrindən birinə onun adı verilib.
Xəlil Qarəhmədov haqqında daha ətraflı öyrənmək məqsədilə Zaqatala rayonu Yuxarı Tala kəndində olduq. Və Şəhidimiz Xəlil haqqında ətraflı məlumat almaq üçün, onun qardaşı Tahir ilə həmsöhbət olduq: Qarəhmədov Xəlil Hacıməhəmməd oğlu 1975-ci il yanvarın 29-da Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. 1992-ci ildə 2 saylı Tala kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra Tala kənd 172 saylı Peşə məktəbində traktorçu peşəsini oxuyurdu lakin, vətənini təhsilindən üstün tutaraq, kəndimizin diğər iğid oğlu Balayev Məcid ilə birlikdə 1994-cü il yanvarın 6-da cəbhə bölgəsinə, döyüşə getdilər.
Füzuli rayonunun Horadiz qəsəbəsində alnından snayper gülləsi dəyərək, yanvarın 12-də şəhidlik zirvəsinə ucalmışdır. Balayev Məcid ilə birlikdə səngərdə döyüşüb, ele bir gündə də, şəhid olublar.
İkinci Qarabağ savaşı başlanan gündən Xəlil Qarəhmədovun da, qisası alınmağa başladı. Onun uğrunda Şəhid olduğu yerlər düşmən tapdağından azad olundu. Bu gün həmin torpaqlarından erməni ayaqları həmişəlik kəsilib. Şanlı ordumuzun əsgərləri Qarabağımızın keşiyini ayıq-sayıq çəkir.
Allah şəhidlərimizə rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
774