ZAQATALADA ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏT VƏ QAYĞI YETƏRİNCƏDİR.
Birinci Qarabağ savaşı başlayan vaxtı mən Naxçıvan MR-də yaşayırdım, yəni doğulduğum el-obanı qoruyurdum. Baxmayaraq ki, silah-sursat yox idi, ancaq hər birimiz yük maşınlarına minərək, ermənistanla sərhədə, Şərur rayonunun Sədərək kəndinə gedirdik. Mən bu müharibədə ən yaxın dostlarımı itirdim, ancaq Şəhid olmaq mənə qismət olmadı. Şəhid olduqlarına görə, uşaqlıq və əsgər dostlarımın dəfn mərasimində iştirak etməli oldum. Uzun illər də, onun təsirindən çıxa bilmədim. Odur ki, jurnalistikada olduğum ilk gündən şəhidlər haqqında məqalələr yazmağa başladım. Bu gün də, rəhbərlik etdiyim saytda, həmin ənənəni davam etdirirəm.

Zaqatala rayonu üzrə təxminən 230 şəhidin hər birinin ailə üzvləri ilə görüşlər keçirir və onların könüllərini alacaq bir məqalələr yazıram. Keçirdiyim görüşlər sona çatanda isə, Zaqatala şəhidləri ilə bağlı kitab hazırlayacağam. Son günlər bəzi sosial şəbəkələrdə şəhid ailələrinə diqqət və qayğının az olması barədə yazılar yazılaraq, zaqatalalıları və rayon ictimaiyyətini çaşdıran fikirlər səslənilir. Həmin neqativ fikirlərdən sonra bu yazını yazmağa qərar verdim. Mən Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadəni yaxından tanıdığım üçün tam obyektiv bir yazı təqdim etmək istəyirəm. Qonşu rayonda şəhid ailəsi evinə telefon xəttinin çəkilməsi ilə bağlı icra başçısına müraciət etmişdir.

Altı ay keçdikdən sonra təsadüfən icra hakimiyyəti qarşısında həmin Şəhid anasını ağlayan gördüm. Və onunla söhbətimdən belə başa düşdüm ki, cəmi 27 azn xərci olan telefon xəttini çəkmək istəməyən rayon rəhbəri, şəhid anasını təhqir edib. Bu məsələ ilə özüm şəxsən məşğul oldum və ovaxtki rabitə naziri Ramin Quluzadəyə müraciət etdim. O, da, təxminən yarım saat ərzində Şəhid ailəsinin telefon problemini həll etdi. İndi isə gəlirəm Zaqatala RİH başçısı Mübariz Əhmədzadəyə. Mübariz müəllim heç vaxt imkan verə bilməz ki, onun rayonunda yaşayan şəhid ailəsinin belə ucuz problemi yaransın və bu məsələ icra başçısı səviyyəsinə qalxsın. Mənim dəqiq bildiyim bir neçə faktı qeyd etmək istəyirəm. Rayon rəhbərinin şəhid ailələrinə diqqət göstərmədiyini yazanlara sual edirəm. Zaqatala şəhərinin ən görkəmli yerində, Heydər Əliyev adına istirahət parkında, icra hakimiyyəti ilə üzbəüz olan, obyekt yerlərini şəhid ailələrinə kim verib?! (hansı ki, qiyməti yüz minlərlə azn dəyərləndirilir)
Şəhid ailə üzvlərini, şəhidin bacısı, qardaşı, hətta, baldızı, az qalır ki, şəhidin qonşusu da, Mübariz müəllimin humanistliyindən bəhrələnərək, ondan iş tələb edir. Şəxsən ailələrində görüşdüyüm və həmsöhbət olduğum bir çox şəhid qardaşı və bacıları vardır ki, onlar işlə təmin olunmalarına görə Mübariz Əhmədzadəyə təşəkkürlərini bildirdilər. Mübariz Əhmədzadənin icra başçısı kimi şəxsi xahişi nəzərə alınaraq, şəhid ailələrinin hər birinin ailə üzvlərindən biri ya işlə təmin olunub, yada ki, məşğulluq proqramı çərçivəsində istədikləri ləvazimatlarla təmin olunublar.

Bütün bu məlumatları mənə Zaqatala RİH rəhbərliyindən deyil, məhz şəhid ailələrindən veriblər. Bəs bunlar Şəhid ailələrinə göstərilən diqqət və qayğı deyil?, mən şəxsən hər bir şəhid ailəsi ilə görüşdüyüm zaman onlara deyirəm ki, başda mən özüm olmaqla bütün Azərbaycanın qeyrətli oğulları sizə borcludur. Siz övlad itirmisininz və bu acını yaşamaq çox çətindir. Ancaq bütün bunlarla yanaşı dövlətimizin, rayon rəhbərliyinin diqqət və qayğısını da, unutmaq olmaz.
Vətən müharibəsi qəhrəmanı Valeh Bədəlovun atası Vahid Bədəlov kəndlərinin bir neçə problemi haqqında mənə də, danışmışdı. O problemləri ki, rayon səviyyəsində həll etmək olardı, onları yerindəcə həll etdilər. O problemlər ki, Respublika səviyyəsində öz həllini tapmalıdır, onları da, aidiyyati qurumlara şəxsən mən özüm yazaraq, bildirmişəm. Əgər başlasam şəhid ailələrinin işlə təmin olunduğu siyahıdan ad və soyadları yazmağa, bəlkə də, məqaləm başdan-ayağa siyahı olar. Düzdür bəzən icra hakimiyyətinin səlahiyyətli nümayəndələri də, şəhid ana-atalarının telefonlarına cavab vermirlər və bundan da, haqlı olaraq, şəhidin doğmaları inciyirlər. Bunun da, məntiqlə bir cavabı vardır, o da, insan faktorudur. Mübariz müəllim bu insanları başqa dövlətdən gətirməyibki, onlar da, zaqatalanın öz övladlarıdır, ən azından insanlıq naminə qəlbi kövrək olan şəhid ailələrinə qarşı biraz diqqətli olsaydılar daha yaxşı olardı.
O ki, qaldı Mübariz Əhmədzadəyə və onun nəslinə, bu barədə çoxlarını maraqlandıran və ictimaiyyətə məlum olmayan faktları yazmağı özümə borc bilirəm. Bəlkə də, rayon rəhbəri buna görə məndən inciyəcək, ancaq Zaqatala ictimaiyyəti, cəmiyyəti əsil həqiqəti bilməlidir. Başlıyıram Əhmədzadələr nəslinin ən böyük vəzifəlisi olan Əhməd Əhmədzadədən.

Hələ Ümummilli liderin sovetlər vaxtı Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ən çox sevdiyi kadrlardan biri də, məhz Əhməd Əhmədzadə olub. Ulu öndəri yaxından tanıyanlar yaxşı bilirlər ki, o heç vaxt seçdiyi kadrları qara qaşına və gözünə vurularaq etməzdi. Həmin kadrlar hökmən Dövlət və dövlətçiliyə sədaqəti ilə seçilməli idi. Hələ Heydər Əliyevin sovetlər birliyi zamanı Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Əhməd Əhmədzadə Qarabağda erməni seperatçılığının qarşısını öz şəxsi nüfuzu və gücü sayəsində ala bilmişdir. Bu kimi bir neçə hadisələrə görə Əhməd müəllim dövlətin ən sədaqətli kadrlarından biri kimi adını tarixə yazdıra bilib. Ə. Əhmədzadə bu gün də, dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edir.
Rəhmətlik Fərman Əhmədzadəni də, şəxsən tanıyırdım. Qax RMX-nin baş həkimi kimi çox savadlı həkim və istiqanlı bir insan idi. O, təkcə həkim deyildi, bununla yanaşı siyasi proseslərdə də, qardaşları kimi dövlətə sədaqət nümayiş etdirirdi. Bu gün onun övladlarının hər biri öz soy kökünə layiq olaraq, vətəninə, dövlətinə sədaqətlə xidmət edirlər.

Sonunda isə Mübariz Əhmədzadə haqqında yazmaq istəyirəm. Mən deyərdim ki, Mübariz müəllim nəslin ən çılğın insanıdır. Mübariz müəllim Birinci Qarabağ savaşı zamanı qardaşı Əhməd Əhmədzadəyə dəstək olaraq, nizamsız ordumuza dəstək üçün çox əziyyət çəkib. Bunları danmaq günah olardı. Mübariz müəllim hələ nizamlı ordusu olmayan, hətta, vahid idarəçiliyi belə olmayan Milli Ordumuza təkcə yemək-çmək, geyimlə kömək etmirdi. Çoxlarının anlaya bilməyəcəyi dəstəyi öz şəxsində edirdi. Əlbəttə ki, bütün bunlar risk tələb edirdi. Belə ki, artilleriya atəşi altında şəxsi QAZ-24 maşını ilə Qarabağa getmək, əsgərlərimiz üçün lazım olan bütün təchizatı təşkil etməyin özü də, bir cəsarət tələb edirdi. Məlum məsələdir ki, hər gedişdə, geriyə dönüş olmaya da, bilərdi və həmin vaxtı Mübariz müəllim bunu anlayacaq yaşda idi.

Mübariz müəllim qanlı-qadalı döyüşlərin içərisindən çıxan adam olduğuna görə Şəhid ailələrinə heç vaxt biganə qalmır. Bu gün qonşu rayonda adi bir telefon çəkilişinə görə göz yaşı tökən anaya fikir verməyən rayon rəhbəri heç vaxt Qarabağa getməyib, müharibəni isə televizorda görüb. Ancaq Şəhid ailəsinə dəyəri yüz minlərlə azn qiymətləndirilən obyekt yerlərini hədiyyə edən başçı isə müharibəni həm görən, həm də, yaşayan rəhbərdir.
Mübariz müəllimin övladları da, dövlətin qurumlarında çalışırlar və həm də, nəsillərinə, öz soyadlarına layiq çalışırlar. Tanıdığım hər iki oğlu da, reklamsız olaraq, hər dəfə rayona gələn vaxtı Şəhid ailələrinə baş çəkir və onlara bir oğul qayğısıyla hədiyyələr verirlər. Ən əsası bunu elə edirlər ki, heç bir media qurumu bu barədə bilmir, mən sadəcə onları şəxsən tanıdığıma görə bütün bunları bilirəm. Və bəlkə də, bu barədə heç vaxt yazmazdım, əgər sosial şəbəkələrdə Zaqatala rəhbərliyinin şəhid ailələrinə guya diqqətsiz yanaşması haqqında yazıları görməsəydim. Zaqatala rayonunda yaşayan şəhid ailələrindən aldığım məlumata görə, bazar günü Ramazan bayramı münasibətilə onlara ət və digər ərzaqlar da, paylanılıb.

Ramazan bayramı münasibəti ilə Vətən müharibəsi şəhidi Abdurrahman İsrafilovun həyat yoldaşı Jalə xanımı ziyarət etdik. Jalə xanımla söhbətimiz zamanı məlum oldu ki, bayram münasibətilə təkcə ərzaq deyil, rayon rəhbəri pulla da, dəstək verib: ” 8 mart Beynəlxalq qadınlar bayramı günü tədbirdə icra başçısı Mübariz müəllim bizə tərəf yaxınlaşdı. Və qızımı qucağına alaraq, ona babalıq nəvazişi göstərdi. Bu çox təsirli və xoş mənzərə idi. Həmin tədbirdə də, icra başçısı kimi əlavə olaraq, uşağıma pul da, verdi. O, bunu etməyə də, bilərdi, bu hərəkət rəhbər kimi deyil, sadəcə bir insanlıq nümunəsi idi. Bizə, şəhid ailələrinə qarşı o qədər diqqətlidir ki, buna görə icra başçımıza ayrıca təşəkkür etmək istəyirəm. Mənim işlə bağlı müraciətimə də, çox ciddi yanaşaraq, həlli üçün öz tapşırıqlarını verib. Onun etdiklərini unutmaq günah olardı.”
Zaqatalada Ramazan bayramı münasibətilə bayram payının paylanması uzun illərdir ki, artıq ənənəyə çevrilmişdir.
Allah Qəbul Eləsin!
Mənim Zaqatala şəhidləri haqqında yazdığım kitab da, tarixə düşəcək və bu qeyrətli oğulların əbədi yaşamasına, tarixləşməsinə xidmət edəcəkdir. Onu da, xatırlatmaq istəyirəm ki, bu kitabın çap xərclərini də, Mübariz Əhmədzadə öz üzərinə götürüb.
Əziz oxucular bu kiçik yazımla onu demək istədim ki, qanlı-qadalı günlər görməyən insan çətinliyin qədrini də, bilməz. Mübariz Əhmədzadə Birinci Qarabağ savaşında öz həyatını riskə ataraq, illərlə cəbhəyə yardım aparıb, Azərbaycan dövlətinə, Xalqımıza xidmət edib, bunu danmaq günah olardı. Belə bir rayon rəhbəri, Ağsaqqal- Şəhid ailələrinin problemlərinə biganə qala bilməz və qalmır da, sadəcə o problemlər ki, növbəlilik tələb edir, məsələn ev, vəs. Onların həllinə görə biraz səbirli olmaq lazımdır, vəssalam!
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
894