ŞƏHİD ADİL HƏMZƏYEV QRANATOMYOTÇU KİMİ XÜSUSİ HÖRMƏT QAZANMIŞDI.
Birinci Qarabağ savaşı, xain qonşularımızın fürsət gözləyən tülkü kimi suveren dövlətimizə qəfil hücumu ilə başladı. Xalqın qeyrətli oğulları dərhal vətənin müdafiəsinə qalxdılar. Yenicə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının nizamlı ordusu olmadığına görə, bundan sui-istifadə edən erməni cəlladları öz havadarlarının dəstəyi ilə Qarabağımıza genişmiqyaslı hücumlar təşkil etdilər. Və beləliklə də, qeyrətli Azərbaycan oğulları əliyalın düşmən üzərinə getdiklərinə görə daha çox itgi verdi. Birinci Qarabağ savaşı Azərbaycan torpaqlarının 20%-nin işğal olunmasıyla sona çatdı. Ancaq Azərbaycan Respublikasına rəhbərliyə seçilən Ulu öndər Heydər Əliyev elə bir uzaqgörən siyasət yürütdü ki, onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə başladılan İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” isə itirilmiş torpaqların geri qaytarılması ilə yekunlaşdı. Bu müharibə həm də bir prinsip məsələsi idi. Belə ki, döyüş meydanında Azərbaycan əsgərinin qarşısında erməni əsgəri diz çökdürüldü.
Həmzəyev Adil Didey oğlu da, Birinci Qarabağ savaşında əliyalın vuruşan qəhrəmanlarımızdandır.
Onun haqqında bildiyimiz bəzi məlumatları olduğu kimi sizə çatdırmaq istəyirik: Həmzəyev Adil Didey oğlu 1974-cü ildə Aşağı Tala kəndində anadan olmuşdur. 1 saylı Tala kənd səkkizillik orta məktəbi bitirib, Zaqatala Peşə məktəbində traktorçu peşəsi üzrə təhsil alıb. 1992-ci ildə həqiqi hərbi xidmətə gedib. 1994-cü ildə Füzuli rayonunun Aşağı Abdurahmanlı kəndində şəhid olub.
Şəhidimiz haqqında daha geniş məlumat toplamaq üçün Aşağı Tala kəndində olduq və qardaşı Kamil ilə həmsöhbət oldum: Qardaşı Həmzəyev Adil Didey oğlu 1974-cü ildə Aşağı Tala kəndində anadan olmuşdur. O, bir saylı Tala kənd səkkizillik orta məktəbini bitirdikdən sonra, Zaqatala Peşə məktəbində traktorçu peşəsi üzrə təhsil aldı.
1992-ci ildə həqiqi hərbi xidmətə getdi. 1994-cü ildə isə Füzuli rayonunun Aşağı Abdurahmanlı kəndində şəhid olub.
Tankın üstündə Azərbaycan şəhidlərinin bir neçəsini gətirən zaman erməni cəlladları vəhşicəsinə tankı yandırmışdılar. Və nəşini gətirmədikləri üçün, qardaşımı itgin kimi qəbul edirik. O, qranatomyotçu kimi çox sərrast atıcı olub. Gözündə qorxu olmayıb, həmişə irəliyə atılıb. Yaxşı döyüşçü olduğuna görə 2 dəfə məzuniyyətə gəlib. Evdəkiləri aldadırdi ki, mən döyüşə getməmişəm, ancaq qardaşıma deyib ki, qranatomyotçuyam, qardaşım soruşub müharibədir? Hərbi sirri demək olmaz,- deyib.
Qardaşımın adını oğluma qoymuşam, hazırda Daxili Qoşunlarda
maxe kimi xidmət edir.
Vətən müharibəsindən sonra Adil Həmzəyevin də, ruhu şaddır. Belə ki, onların uğrunda öldükləri vətən torpaqlarında artıq ermənilər gəzmirlər. Qarabağ torpaqları düşmən tapdağından azaddır.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.