• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Qran Prisinə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

10-05-2022, 18:00 | Baxılıb: 26
“Azərbaycan Qran Prisinə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev 2022 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilib ki, 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il mayın 10-dan iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

2.3. 2022 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.скачать dle 10.6фильмы бесплатно


26

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.