• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD İLHAM ƏHMƏDOV BİRİNCİ QARABAĞ SAVAŞINDA CANINI VƏTƏNƏ FƏDA EDƏNLƏRDƏNDİR.

11-05-2022, 10:00 | Baxılıb: 65
“ŞƏHİD İLHAM ƏHMƏDOV BİRİNCİ QARABAĞ SAVAŞINDA CANINI VƏTƏNƏ FƏDA EDƏNLƏRDƏNDİR.

ŞƏHİD İLHAM ƏHMƏDOV BİRİNCİ QARABAĞ SAVAŞINDA CANINI VƏTƏNƏ FƏDA EDƏNLƏRDƏNDİR.




Birinci Qarabağ savaşı başlayan zaman İlham Əhmədovun yaşı az olduğuna görə vətənin müdafiəsinə qalxa bilmirdi. 1992 –ci il həqiqi hərbi xidmətə çağrılan zaman İlham üçün toy-bayram idi. Həmin dövrdə bütün kişilər Qarabağa, erməni seperatçılarına qarşı döyüşməyə getməyə can atırdı. Baxmayaraq ki, yenicə müstəqilliyini elan etmiş Azərbaycan dövlətinin nizamlı ordusu yox idi. Vətənini sevən, vətənpərvər, igid, cəngavər oğullarımız öz aralarında danışaraq, batalyonlar yaratmış və bu batalyonlar vasitəsilə vətənin müdafiəsində dayanırdılar. Qarabağ savaşında Zaqatala batalyonunun da, özünəməxsus xidmətləri olmuşdur.



ŞƏHİD İLHAM ƏHMƏDOV BİRİNCİ QARABAĞ SAVAŞINDA CANINI VƏTƏNƏ FƏDA EDƏNLƏRDƏNDİR.



Şəhid Əhmədov İlham Mahmud oğlu da, Zaqatalanın qəhrəman oğullarındandır. Şəhidimizi oxucularımızla yaxından tanış etmək məqsədilə onun haqqında bildiyimiz bəzi məlumatları olduğu kimi yazırıq: Əhmədov İlham Mahmud oğlu 10.10.1973-cü ildə Zaqatala rayon Gözbarax kəndində anadan olub. Ailədə 4 uşaq olublar, 2 bacı 2 qardaş . İlham evin sonbeşiyi olub.
1988-ci ildə Gözbarax kənd orta məktəbinin 8-ci sinifi bitirib. 1988 -ci ildə Qaxda peşə məktəbini oxuyub. 1989-90 cı illərdə isə kolxozda çalışıb. Texnikaya meyli daha çox olub. Ona görə də, traktorçu peşəsinə yiyələnib.
Bundan əlavə uşaq vaxtlarından heyvandarlığa, kənd təsərrüfatına çox meyilli olub. At sürməyi çox sevib, at belində dağlarda daha çox vaxt keçirib.


ŞƏHİD İLHAM ƏHMƏDOV BİRİNCİ QARABAĞ SAVAŞINDA CANINI VƏTƏNƏ FƏDA EDƏNLƏRDƏNDİR.


Belə ki, kənd yeri olduğuna görə və qoyun –quzu saxladıqları üçün tez-tez dağlara gedib. Bundan əlavə tütün, barama və s. kənd təsərrüfatı məhsullarının istehsalı ilə də, çox ciddi məşğul olurdu. 1992-ci ildə isə həqiqi hərbi xidmətə çağrılıb.
İlham Əhmədov əvvəlcə Bakıda Prezident Qvardiyasında xidmət edib. Bir müddət sonra evlərinə gəlib və yenidən geriyə, hərbi xidmətinə qayıdıb. Ancaq bu dəfə Bakıya deyil, Ağdama, birbaşa açıq döyüşlərə qatılmaq üçün cəbhəyə gedib. Ağdam rayonu Qazançılar kəndi uğrunda gedən şiddətli döyüşlərdə itgin düşüb. Atası Mahmud Əhmədov və anası Pirdovs Əhmədova rəhmətə gediblər.
Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin!
Bu gün İlham kimi bütün şəhidlərimizin qisası alındığına görə onların ruhu şaddır. Belə ki, İkinci Qarabağ savaşı ”Vətən müharibəsi “ başlayan gündən müzəffər Azərbaycan ordusu döyüş meydanında erməni əsgərini diz çökdürdü. Cəmi 44 gün ərzində erməni cəlladlarını ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan əsgəri, Vətən müharibəsində öz gücünü bütün dünyaya sübut etdi.






Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно


65

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.