VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİD ƏLƏSGƏR ƏLİYEVİN DƏ QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdi ki, xain qonşularımız tərəfindən təcavüzə məruz qaldı. Müstəqilliyi dünya ölkələri tərəfindən yenicə tanınmağa başlamışdı ki, Azərbaycan döyüş meydanına dəvət olundu. Silahlı Qüvvələrimiz belə tam formalaşmamış öz havadarları tərəfində böyük hərbi texnikayla silahlanan ermənilərlə açıq döyüşə girmək ədalətli deyildir. Buna baxmayaraq, Azərbaycanın igid, cəsur oğulları əliyalın da, olsa Qarabağa, döyüşməyə gedirdi.
Əsasən sovet ordu sıralarında xidmət edənlər, bir növ təcrübəli olduqlarına görə daha çox döyüşlərə cəlb edilirdilər. Ələsgər Əliyev də, təcrübəli sovet əsgəri olduğuna görə, 1992-ci ildə könüllü olaraq, cəbhəyə yollanıb. Ələsgər Əliyev haqqında bəzi məlumatları olduğu kimi oxucularımıza çatdırmaq istəyirik: Əliyev Ələsgər Didey oğlu 23.09.1971-ci ildə Zaqatala rayonu Ələsgər kəndində anadan olub. Didey və Gülcahanın ailəsində altı uşaq olub, onlardan dördü oğlan ikisi isə qız uşağı olub. Şəhid Ələsgər Əliyev ailədə ortancıl övlad olub. Atası Didey və anası Gülcahan Əliyevlərin hər ikisi rəhmətə gediblər.
Ələsgər Əliyev Zaqatala rayon Ələsgər kənd səkkizillik məktəbində təhsil alıb. Daha sonra kənddə təsərrüfat işləri ilə məşğul olub. 1989-1991-ci illərdə isə sovet ordusunda xidmət edib. 1992-ci ilin əvvəlində könüllü olaraq, Qarabağa, cəbhəyə gedib. Və oktyabrın 9- da Qarabağda, Laçın rayon Sus kəndində gedən ağır döyüşlər zamanı itgin düşüb.
Hazırda Zaqatala rayon Ələsgər kənd ümumtəhsil məktəbi şəhidin adını daşıyır.
Bu gün digər şəhidlərimiz kimi Ələsgərin də, qisası alınıb, odur ki, onun da, ruhu şaddır. Belə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmi 44 gün ərzində erməni cəlladlarını döyüş meydanında diz çökdürərək, ağ bayraq qaldırmağa məcbur edən şanlı Azərbaycan əsgəri şəhidlərimizin qisasını aldı. İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” Müzəffər Azərbaycan əsgərinə imkan verdi ki, o, öz gücünü təkcə erməniyə deyil, həm də, onun havadarlarına göstərsin və bu belə də, oldu. Bu gün Azərbaycan əsgərinin adı gələn kimi ermənilər dərhal ağ bayraq qaldırır və qarşısında cənubi Qafqazın ən güclü ordusunun dayandığını başa düşür.
Allah Şəhidlərimizə Rəhmət Eləsin!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
497